İlham Əliyev Muğan bölgəsinə səfəri çərçivəsində Sabirabad rayonuna gəlmişdir

05 may 2011, 12:00
İlham Əliyev Muğan bölgəsinə səfəri çərçivəsində Sabirabad rayonuna gəlmişdir

Prezident İlham Əliyev Muğan bölgəsinə səfəri çərçivəsində Sabirabad rayonuna gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda rayonda abadlıq və quruculuq işlərinin növbəti mərhələsinə başlanmışdır. Bu mərhələdə ulu öndər Heydər Əliyevin abidəsinin yerləşdiyi parkda geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmış, sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır.

gallery-photogallery-photogallery-photo