İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub

04 avqust 2016, 11:15
İlham Əliyev paytaxtın keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub

Prezident İlham Əliyev Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoyub.

Dövlət başçısına keçmiş “Sovetski” ərazisində indiyədək Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin həyata keçirəcəyi yenidənqurma və abadlıq tədbirləri barədə məlumat verildi.

Bildirildi ki, bu ərazidə aparılacaq işlərin birinci mərhələsində 26 hektarda yolların salınması və abadlıq işlərinin görülməsi nəzərdə tutulur. Buraya 23 hektar sahədə yaşıllaşdırma və abadlıq, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlət başçısına layihənin icrası ilə bağlı məlumat verdi. Bildirildi ki, 3827 yaşayış və qeyri-yaşayış sahəsi sahibləri müvafiq qaydada kompensasiya ilə təmin ediliblər. Ümumilikdə, 219 obyekt üzrə vətəndaşlar yaşayış sahəsi ilə təmin olunublar. Yaşayış sahəsi ilə təmin edilənlər əsasən 12-16 kvadratmetr sahədə, olduqca ağır kommunal şəraitdə yaşayan ailələr olub. Keçmiş “Sovetski” ərazisində satın alınan obyektlərdən 249-nun isə söküntüsü “Azəravtoyol” ASC tərəfindən davam edir. Burada ümumi uzunluğu 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılacaq. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev küçələrində, Füzuli küçəsinin davamında və Nəriman Nərimanov küçəsində həyata keçiriləcək. Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin piyadaların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Yenidənqurma işləri çərçivəsində küçələr həm genişləndiriləcək, həm də enli piyada səkiləri inşa ediləcək. Yenidən qurulacaq küçələrdə mühəndis kommunikasiyaları - su, məişət və yağış suları üçün kanalizasiya, işıq, qaz, rabitə xətlərinin dəyişdirilərək müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulur.

Prezident İlham Əliyev keçmiş “Sovetski” ərazisində yeni yol-nəqliyyat infrastrukturunun təməlini qoydu.

Yenidən qurulacaq Balababa Məcidov küçəsinin uzunluğu 440 metrdir. Küçənin əvvəlki eni 7-8 metr olub. Hazırda layihə çərçivəsində küçə genişləndirilərək 15 metrə çatdırılacaq. Layihəyə uyğun olaraq, burada 3 hərəkət zolağı olmaqla, yolun eni 12 metr təşkil edəcək. Tikinti işlərinin aparılacağı Abdulla Şaiq küçəsinin eni əvvəllər 5-6 metr olub. Yeni layihəyə uyğun olaraq, küçə 19 metrə qədər genişləndiriləcək. Mirzəağa Əliyev və Füzuli küçələrinin əvvəlki hərəkət hissəsinin eni də 4-5 metr olub. Burada da yenidənqurma işləri çərçivəsində yolun eni 19 metrə çatdırılacaq. Aparılacaq yenidənqurma işləri çərçivəsində Nəriman Nərimanov küçəsinin iki min metrdən artıq hissəsində də tam müasir yol infrastrukturunun yaradılması nəzərdə tutulur. Küçənin hərəkət hissəsinin hazırkı eni 7 metr təşkil edir. Layihəyə əsasən yolun hərəkət hissəsinin eninin 17,5 metrədək genişləndirilməsi nəzərdə tutulur.

Yollarda, həmçinin yeni müasir işıqlandırma sistemi qurulacaq. Bu isə günün qaranlıq vaxtında nəqliyyatın və piyadaların hərəkətinin təhlükəsiz təşkilində mühüm rol oynayacaq. Burada müasir avtobus dayanacaqlarının qurulması da nəzərdə tutulur.

Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və tövsiyələrini verdi.

Qeyd edək ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının müasirləşdirilməsi istiqamətində son illərdə mühüm layihələr həyata keçirilib. Bu layihələrə paytaxtın rəmzinə çevrilən yeni memarlıq abidələrini, çoxmərtəbəli müasir yaşayış binalarını və digər orijinal tikililəri misal göstərmək olar. Bakıda şəhərin inkişaf sürətinə və müasir görkəminə uyğun gəlməyən binaların sökülməsi ilə bağlı mühüm layihələr icra edilib. Bu layihələrin strateji əhəmiyyəti baxımından ən mühümü isə keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsi oldu. Bu yaşayış massivi uzun illər bundan əvvəl salınıb və istismar müddətini artıq tam başa vurub. Küçələri ensiz, binaları köhnə və mənzilləri dar olan “Sovetski” son illər sürətlə inkişaf edən paytaxt Bakının ümumi görünüşü, müasir memarlığı ilə uzlaşmırdı.

Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olaraq şəhərin baş planının icrasının təmin edilməsi, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun daha da yaxşılaşdırılması və abadlıq işlərinin davam etdirilməsi məqsədilə Yasamal rayonunun keçmiş “Sovetski” adlanan ərazisindəki yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi prosesinə başlanıldı. Onu da xatırladaq ki, dar mənzillərdə yaşayan “Sovetski” sakinlərinin məişət problemləri getdikcə artırdı. Sakinlər burada yayda istidən, havasızlıqdan, qışda isə soyuq və nəmişlikdən əziyyət çəkirdilər. Bir sözlə, “Sovetski” məhəlləsinin tez bir vaxtda sökülməsi zamanın tələbinə çevrildi. Bu tələbin yerinə yetirilməsi özündə bir neçə məsələni ehtiva edirdi. Onların arasında ən əsası, “Sovetski”də yaşayanların mənzil məsələsinin həlli idi. “Sovetski”də yaşayış və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçülməsi, qiymətləndirilməsi, həmçinin satınalınmadan sonra əhalinin köçürülməsi məsələlərinə xüsusi diqqət və həssaslıqla yanaşıldı. Ödəniləcək vəsait müqabilində yeni mənzil alınmasında çətinlik çəkən, heç bir digər yaşayış sahəsi olmayan, uzun illər ailə üzvləri ilə birlikdə yaşayış üçün yararsız azkvadratlı mənzillərdə yaşayan sakinlərin də arzu və istəkləri nəticəsiz qalmadı. Dövlət başçısının birbaşa göstərişi ilə Nazirlər Kabinetinin 2015-ci il 9 iyun tarixli Sərəncamına müvafiq olaraq, qeyd edilən ərazidə sahəsi 25 kvadratmetr və daha az olan yaşayış sahələrinin sahibləri Nərimanov rayonunda ikiotaqlı, tam təmirli mənzillərlə təmin olundular. Mənzillərin bölüşdürülməsi tam şəffaf, sakinlərin iştirakı ilə püşkatma yolu ilə həyata keçirildi. Yeni mənzillərin sahələri sakinlərin “Sovetski” adlanan ərazidəki mövcud mənzillərinin sahələrindən 2-3 dəfə, bəzi hallarda isə 4 dəfə böyükdür. Bu, illərlə çətin şəraitdə yaşayan ailələrə Prezident İlham Əliyev tərəfindən göstərilən növbəti diqqət və qayğının təzahürü oldu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə icra edilən bu layihə şəhərin mərkəzində 10 illər boyu qəzalı, yarımuçuq binalarda yaşayan əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasında mühüm rol oynadı.

Xatırladaq ki, “Sovetski”nin köçürülməsi hələ Sovetlər İttifaqı dövründə belə paytaxt üçün vacib sayılan layihə idi. Bu irimiqyaslı və tarixi layihə yalnız müstəqil ölkəmizin iqtisadi inkişafı dövründə dövlət başçısının təşəbbüsü ilə həllini tapdı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:48
R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin...

24 iyul 2026, 13:48
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:46
R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino...

24 iyul 2026, 13:46
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:43
R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin...

24 iyul 2026, 13:43
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:40
R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri...

24 iyul 2026, 13:40
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:38
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD...

24 iyul 2026, 13:38
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:33
“Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə...

24 iyul 2026, 13:33
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:27
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

24 iyul 2026, 13:27
SƏNƏDLƏR Qanunlar 24 iyul 2026
13:24
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda...

24 iyul 2026, 13:24
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:21
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi...

24 iyul 2026, 13:21
SƏNƏDLƏR Qanunlar 24 iyul 2026
13:18
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri...

24 iyul 2026, 13:18