İlham Əliyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini qəbul edib

03 avqust 2016, 12:25
İlham Əliyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurini qəbul edib.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelauri Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik orqanları arasında genişləndirilməsinin önəmi qeyd olundu. Azərbaycan ilə Gürcüstanın xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyətinin ölkələrimizin təhlükəsizliyinin möhkəmləndirilməsi işinə də öz töhfəsini verdiyi vurğulandı. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Vaxtanq Qomelaurinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında informasiya mübadiləsinin aparılması və əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olundu.

Dövlətimizin başçısı Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55