Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə

29 iyul 2016, 18:00

Əlahəzrət,

Əziz Qardaşım,

Ölkənizin milli bayramı – Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Mərakeş arasındakı qarşılıqlı inam və dəstəyə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. 

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 iyul 2016-cı il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55