18:30

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Litva Prezidenti Dalya Qribauskaytenin təkbətək görüşü olmuşdur.
Prezident İlham ƏLİYEV qonağı salamlayaraq dedi:
- Hörmətli xanım Prezident, xoş gəlmisiniz. Sizi Azərbaycanda görməyimə çox şadam. Bu, Sizin ölkəmizə ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq və biz çox maraqlı müzakirələr aparacağıq. Çünki ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir və bir çox sahəni əhatə edir. Ona da əminəm ki, Sizin səfəriniz bu əlaqələrin genişləndirilməsində, aramızdakı siyasi dialoqun və iqtisadi əlaqələrin dərinləşməsində vacib rol oynayacaqdır. Əlbəttə ki, biz regional əhəmiyyət daşıyan bir sıra məsələləri də müzakirə edəcəyik. Uğurlu nəticələr əldə edəcəyimizə əminəm. Bir daha Sizə “Azərbaycana xoş gəlmisiniz” deyirəm və ümid edirəm ki, ölkəmizə səfəriniz uğurlu olacaqdır.
Litva Prezidenti Dalya QRİBAUSKAYTE təşəkkür edərək dedi:
- Dəvətinizə görə çox minnətdaram. Bir neçə ay əvvəl Sizinlə danışanda artıq qərara gəlmişdim ki, ATƏT-ə sədrlik edən bir dövlətin başçısı kimi Azərbaycana səfərə gələcəyəm. Bu halda söhbət, təbii ki, regional məsələlərdən gedirdi. İkitərəfli iqtisadi münasibətlərimizin yaxşı olduğunu nəzərə alaraq, müzakirə edə biləcəyimiz bir çox məsələlər, görəcəyimiz bir çox işlər vardır.
Avropa ilə apardığınız danışıqlardan, Tvininq layihəsi vasitəsilə verilən töhfədən, danışıqların aparılmasında təcrübə mübadiləsindən bəhrələnə bilərik. Biz Sizinlə təcrübə mübadiləsi aparmağa açığıq.
Sağ olun.
Hörmətli cənab Tramp,
Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz...
06 noyabr 2024, 14:10
Noyabrın 5-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Azərbaycan...
05 noyabr 2024, 22:12
Hörmətli Sammit iştirakçıları!
Sizi “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında keçirilən Dini Liderlərin Qlobal Sammitinin açılışı münasibətilə Bakı şəhərində səmimi-qəlbdən salamlayıram.
Bu gün dünyamızın...
05 noyabr 2024, 10:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin...
04 noyabr 2024, 13:02Azərbaycan Respublikası Konstitusiyasının 141-ci maddəsini rəhbər tutaraq qərara alıram:
Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin...
04 noyabr 2024, 13:00