V.N.Quliyevin Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

26 aprel 2011, 20:40

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Vəli Nəcəfqulu oğlu Quliyev Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 aprel 2011-ci il.