İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

15 iyun 2016, 12:00
İlham Əliyev AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçilərini qəbul edib

Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ölkəmizə əlamətdar bir gündə - 15 İyun - Milli Qurtuluş Günündə səfər etmələrinin əhəmiyyətini bildirdilər. Onlar Bakıda keçiriləcək Formula-1 yarışlarının beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyini vurğuladılar. Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığa toxunan qonaqlar bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırdılar. Həmməruzəçilər “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Prezidentinin Sərəncamının və Amnistiya aktı haqqında qərarın qəbul edilməsinin Avropa Şurası tərəfindən alqışlandığını dedilər və bunların önəmini vurğuladılar.

Dövlətimizin başçısı ölkəmiz ilə Avropa Şurası arasında uzun illər səmərəli və konstruktiv əməkdaşlığın həyata keçirildiyini bildirdi və əməkdaşlığımızın hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən biri olduğunu dedi. Dövlətimizin başçısı əməkdaşlığımızın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55