Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbulunda İlham Əliyevin nitqi

08 iyun 2016, 13:15
Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbulunda İlham Əliyevin nitqi

Hörmətli səfirlər, mən sizin hamınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə ürəkdən təbrik edirəm. Ramazan ayında bizim görüşlərimiz gözəl ənənəyə çevrilibdir. 

Mən şadam ki, müsəlman ölkələrinin səfirliklərinin sayı Azərbaycanda artır. Bu, bizim dostluğumuzu, həmrəyliyimizi göstərir. Xahiş edirəm ki, Ramazan ayının başlaması münasibətilə mənim salamlarımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız.

Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Biz həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlıq edirik. Əminəm ki, bu əməkdaşlıq gələcək illərdə daha da dərinləşəcək. Müsəlman ölkələri ilə əməkdaşlıq bizim xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Respublika Gününə həsr edilmiş rəsmi qəbulda xarici siyasət prioritetləri haqqında danışarkən mən bu məqamı xüsusi qeyd etmişdim. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik və daim bir-birimizi dəstəkləyirik. Biz həmişə BMT-də Azərbaycan ilə bağlı məsələlər müzakirə olunarkən müsəlman ölkələrinin dəstəyini hiss edirik və öz növbəmizdə həmişə BMT-də müsəlman ölkələrini dəstəkləyirik. Aprel ayında İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə də biz bir daha bu həmrəyliyi nümayiş etdirmişik. Bildiyiniz kimi, Zirvə Görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox ciddi sənəd qəbul edilmişdir, aprel ayında Azərbaycana qarşı törədilən erməni təxribatı pislənilmişdir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılmışdır. Biz bu addımları çox yüksək qiymətləndiririk və bütün bunlara görə müsəlman ölkələrinə minnətdarlığımızı bildiririk.

Bildiyiniz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmaması region üçün böyük təhlükədir. Bizə qarşı ədalətsizlik törədildi, torpaqlarımızın təxminən 20 faizi işğal altındadır və 1 milyondan çox qaçqın-köçkün bu münaqişədən əziyyət çəkir. Ermənistan bizə qarşı etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarımızda bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Məscidlərimizin böyük hissəsi dağıdılıb, qalan yarıdağılmış məscidlərdə ermənilər hərbi qərargahlar yaratmışlar. Bu barədə bu yaxınlarda xarici jurnalistlər də məlumat vermişlər və fotomateriallar təqdim etmişlər. Bununla bərabər, Ermənistanın rəhbərliyi Avropa ölkələrində olarkən daim münaqişə ilə bağlı həm təhrif edilmiş məlumatları ötürür, eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışır. Bir çox hallarda Ermənistan rəhbərliyi qeyd edir ki, onlar bu çətin coğrafi vəziyyətdə - üç müsəlman ölkəsinin əhatəsində xristian dəyərlərini müdafiə edirlər. Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar yaxşı bilirsiniz ki, Azərbaycanda dini, milli zəmində heç vaxt heç bir münaqişə, yaxud da ki, anlaşılmazlıq olmamışdır. Azərbaycanda məscidlərlə bərabər, kilsələr, sinaqoqlar tikilir. Erməni kilsəsi şəhərin mərkəzində toxunulmaz olaraq qalır və eyni zamanda, Azərbaycan dövləti o kilsənin təmirinə vəsait ayırıbdır. Ona görə Ermənistan prezidentinin və digər şəxslərin belə ucuz, nalayiq çıxışları, əlbəttə, bir daha demək istəyirəm ki, riyakarlığın təzahürüdür. Bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyi müsəlman ölkələrinə düşmən gözü ilə baxır, əks təqdirdə, belə cəfəng bəyanatlar verməzdi. Amma bununla bərabər, öz çirkin niyyətlərini pərdələmək üçün beynəlxalq arenada cəhdlər göstərir ki, müsəlman ölkələri ilə sıx əlaqələr qursun. Mən əminəm, müsəlman ölkələrinin rəhbərliyi və ictimaiyyəti kifayət qədər məlumatlıdır ki, Ermənistan İslam abidələrini dağıdıb, məscidlərimizi təhqir edib və Azərbaycan torpaqlarını işğal altında saxlamaq üçün cəhdlər göstərir.

Bir sözlə, bütün müsəlman aləmi həm Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə, həm də bütün başqa məsələlərlə bağlı birlik, həmrəylik nümayiş etdirməlidir. Azərbaycan İslam həmrəyliyinin güclənməsi üçün çox böyük səylər göstərir, ciddi addımlar atır. Azərbaycan müxtəlif ölkələrdə baş qaldıran islamofobiyaya qarşı çox ciddi mübarizə aparır. Biz açıq şəkildə müxtəlif səviyyələrdə, ən yüksək səviyyələrdə bu məsələ ilə bağlı öz sözümüzü deyirik, islamofobiyanı pisləyirik və öz nümunəmizi təqdim edirik. İslamofobiya həm müsəlman ölkələri və xalqları, eyni zamanda, bu çirkin meyillərə rəvac verənlər üçün də təhlükədir. Bu, qarşıdurmanı daha da dərinləşdirir, qarşılıqlı inamsızlığı artırır. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi, sülh şəraitində yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq. Nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır. Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. BMT-nin Sivilizasiyalar Alyansının bu il Azərbaycanda Qlobal Forumunun nəticələri bir daha onu göstərir ki, Azərbaycan bu yolda çox böyük uğurlara imza atıb.

Ötən il Bakıda birinci Avropa Oyunları keçirildi, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcək. Əminəm ki, İslam Həmrəylik Oyunları tarixdə təkcə idman yarışı kimi qalmayacaq. Biz istəyirik ki, İslam Həmrəylik Oyunları gələn il bütün dünyaya nümayiş etdirsin ki, İslam aləmi birliyə, sülhə, sabitliyə çağırır. Eyni zamanda, əminəm ki, bu Oyunlar İslam mədəniyyətinin təzahürü olacaqdır.

Həmrəylik Oyunlarından bir il sonra - 2018-ci ildə qədim Azərbaycan şəhəri Naxçıvan İslam mədəniyyətinin paytaxtı elan olunacaq. Bir neçə il bundan əvvəl Bakı bu şərəfli ada layiq görülüb. İndi isə Naxçıvan bu şərəfli missiyanı icra edəcək.

Bir sözlə, bir daha qeyd etmək istəyirəm ki, biz Azərbaycanda çalışırıq ki, İslam ölkələri arasındakı birliyi daha da gücləndirək. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik.

Bir daha sizi salamlayıram və sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun.


SƏNƏDLƏR Sərəncamlar 02 oktyabr 2026
15:43
M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Mis...

02 oktyabr 2026, 15:43
SƏNƏDLƏR Fərmanlar 02 oktyabr 2026
15:42
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                       

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sə...

02 oktyabr 2026, 15:42
SƏNƏDLƏR Fərmanlar 02 oktyabr 2026
15:41
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu...

02 oktyabr 2026, 15:41
SƏNƏDLƏR Müraciətlər 30 sentyabr 2026
09:33
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

Hörmətli sərgi iştirakçıları və əziz qonaqlar!

Sizi “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin açılışı münasibətilə təbrik edir və A...

30 sentyabr 2026, 09:33
SƏNƏDLƏR Fərmanlar 29 sentyabr 2026
15:51
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublik...

29 sentyabr 2026, 15:51
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 29 sentyabr 2026
14:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində u...

29 sentyabr 2026, 14:15