Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Gedleyihlekisa Zumadan

03 iyun 2016, 11:55

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə, Azərbaycan xalqına və Hökumətinə Cənubi Afrika Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı diləyir, ölkələrimiz arasındakı mükəmməl dostluq münasibətlərini daha da gücləndirmək arzusunda olduğumuzu bir daha təsdiq edirik.

Zati-aliləri, xahiş edirəm, yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Ceykob Gedleyihlekisa Zuma

Cənubi Afrika Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55