Sloveniya Respublikasının Prezidenti Borut Pahordan

02 iyun 2016, 17:56

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sloveniya xalqı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edim və ölkənizin hərtərəfli inkişafı və tərəqqisi naminə ən xoş arzularımı çatdırım.

Biz hələ də Sizin və çox hörmətli xanımınızın 2011-ci il iyunun 9-10-da Sloveniya Respublikasına səfərinizi böyük məmnuniyyətlə xatırlayırıq. Birbaşa danışıqlar aparmaq üçün şərait yaradan bu səfər ölkələrimiz arasında dostluq münasibətlərini və tərəfdaşlığı möhkəmləndirdi. Sloveniya ilə Azərbaycan arasında genişlənən bu münasibətlər hərtərəfli əlaqələrin dərinləşməsinə, dünyada sülhün, sabitliyin və anlaşmanın güclənməsinə töhfə verəcək.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Borut Pahor

Sloveniya Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55