Myanma İttifaqı Respublikasının Prezidenti Thin Cjodan

02 iyun 2016, 18:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Myanma xalqı adından və şəxsən öz adımdan Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimizi çatdırıram.

Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının əbədi tərəqqisi üçün ən xoş arzularımı bildirirəm.

Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Thin Cjo

Myanma İttifaqı Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55