İlham Əliyev Avropa Parlamentinin nümayəndələrini qəbul edib

02 iyun 2016, 15:30
İlham Əliyev Avropa Parlamentinin nümayəndələrini qəbul edib

Prezident İlham Əliyev Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolaini və Avropa Parlamentinin üzvü İveta Qriquleni qəbul edib.

Dövlətimizin başçısı Avropa Parlamenti ilə əlaqələrdə qurumun ölkəmizlə bağlı qəbul etdiyi qətnamələrin əsas rol oynadığını bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, təhqirlərlə dolu və tamamilə əsassız olan həmin qətnamələrin qəbul edilməsi ölkəmizin bu qurumla əlaqələrinin kəsilməsinə səbəb olub. Hazırda Avropa Parlamenti ilə ölkəmizin hər hansı əlaqəsi mövcud deyil və bu, Azərbaycanın günahı ucbatından baş verməyib. Ölkəmiz yalnız öz haqlı mövqeyini müdafiə edib. Dövlətimizin başçısı vurğuladı ki, qurumun ən yüksək rütbəli şəxsləri - prezidenti və vitse-prezidenti faktiki olaraq anti-Azərbaycan qüvvələrinin bir hissəsini təşkil edir və onlar tərəfindən səsləndirilən təhqiramiz bəyanatlar, hücumlar və böhtanlar Azərbaycanın Avropa Parlamenti ilə əlaqələrinin perspektivlərini sual altına qoyub. Prezident İlham Əliyev bildirdi ki, bu cür münasibətlərin nəticəsi olaraq indiyədək Azərbaycan parlamentində bu qurumla əməkdaşlıq üzrə işçi qrupu yaradılmayıb. Bütün bunlarla bərabər, Avropa Parlamentində Azərbaycana ədalətlə yanaşan deputatların da olduğunu bildirən dövlətimizin başçısı onların məsələlərə obyektiv yanaşdıqlarını dedi, ötən ilin sentyabrında son qətnamənin qəbulu zamanı Azərbaycana böyük dəstək nümayiş etdirilməsinin önəmini vurğuladı. Prezident İlham Əliyev bildirdi ki, Avropa Parlamentinin bəzi rəhbər şəxslərinin ədalətsiz anti-Azərbaycan qətnamələrinin qəbulunda tutduqları mövqe Avropa Komissiyasının mövqeyinə ziddir.

Prezident İlham Əliyev qeyd etdi ki, ötən il Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana uğurlu səfəri çərçivəsində hər iki tərəf əlaqələrimizin inkişafına böyük maraq göstərib. Bu ilin fevral ayında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerininin ölkəmizə səfəri Avropa Komissiyası-Azərbaycan əməkdaşlığının daha da möhkəmləndirilməsi işinə xidmət edib. Hazırda bu əlaqələr uğurla inkişaf edir. Azərbaycan ilə Avropa İttifaqına üzv olan bir çox dövlətlər arasında strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, ya da qəbul edilib. Eyni zamanda, Azərbaycan Avropa Şurasında öz fəaliyyətini uğurla davam etdirir və Avropa Şurası da Azərbaycanda gedən prosesləri yüksək qiymətləndirir. Bütün bunlar bir daha göstərir ki, Avropa Parlamentinin bəzi rəhbər şəxsləri və anti-Azərbaycan qruplaşmaları öz ədalətsiz mövqeləri ilə sadəcə olaraq Avropa-Azərbaycan əlaqələrini pozmaq istəyirlər və nə qədər ki, bu destruktiv qüvvələr öz siyasətində düzəlişlər etməyəcəklər, Azərbaycan Avropa Parlamenti ilə əlaqələrini bərpa etmək fikrində deyildir.

Avropa Parlamentində liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupun vitse-sədri, “Şərq Tərəfdaşlığı” Proqramının Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Azərbaycan ilə yaranmış vəziyyətin dəyişməkdə olduğunu dedi və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin bərpa olunması istəyini ifadə etdi. Avropa Parlamentində özünün daxil olduğu liberal-demokratlardan ibarət fraksiyanın - ALDE qrupun fəaliyyətinin ölkəmizə dəstək nümayiş etdirdiyini vurğulayan Norika Nikolai qrupun bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini vurğuladı. Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığına dair hesabat hazırladıqlarını bildirən Norika Nikolai qeyd etdi ki, ölkəmizə səfərində məqsəd bu hesabatla bağlı yekun fikir mübadiləsi aparmaqdır.

Dövlətimizin başçısı xanım Norika Nikolaiyə obyektiv və ədalətli mövqeyinə görə minnətdarlığını bildirdi və Avropa Parlamentində Azərbaycanın dostları olan deputatlara onun salamlarını çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30