Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən

01 iyun 2016, 17:30

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi və qardaş Azərbaycan xalqını milli bayramınız - Respublika Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq və mehriban qonşuluq münasibətlərinə söykənən güclü ikitərəfli əlaqələr qarşılıqlı maraq kəsb edən müxtəlif sahələrdə uğurlu əməkdaşlıq üçün möhkəm zəmin yaradır.

Əminəm ki, birgə səylərimiz nəticəsində ölkələrimizin və xalqlarımızın rifahı naminə gələcəkdə bu münasibətlər daha da dərinləşəcək və inkişaf edəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstan Hökuməti və xalqı adından Sizə ən xoş arzularımızı çatdırırıq.

Hörmətlə,

Giorgi Kvirikaşvili

Gürcüstanın Baş naziri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55