İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviç ilə görüşmüşdür

08 iyun 2010, 16:40
İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviç ilə görüşmüşdür

İstanbulda Prezident İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Ukrayna Prezidentinə müraciətlə dedi:

-Gələcəkdə fəal, konstruktiv iş görüləcəyinə ümid edirəm. Ölkələrimiz arasında gözəl tarixi münasibətlər vardır. Bizim şəxsi münasibətlərimiz bundan sonra da mühüm rol oynayacaqdır. Bizim üçün Ukrayna ən yaxın dost və tərəfdaşdır. Mən əminəm ki, ən yaxın gələcəkdə biz əməkdaşlığımızın yaxşı nəticələrini görəcəyik.

Ukrayna Prezidenti Viktor YANUKOVİÇ Azərbaycan dövlətinin başçısına müraciətlə dedi:

-Sizi görməyimə şadam. Hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasında ənənəvi münasibətlər, Sizinlə şəxsi dostluq münasibətlərimiz ölkələrimizin münasibətlərinə yeni şərait yaradacaq, deyərdim ki, bu münasibətlərə dinamika verəcəkdir. Mən buraya Sizi böyük məmnuniyyətlə növbəti dəfə görmək, ikitərəfli ticari-iqtisadi əlaqələrimizi müzakirə etmək üçün gəlmişəm. Əlbəttə, 2009-cu ildə əmtəə dövriyyəsinin azalması bizim ölkələrin real potensialına uyğun deyildir. İndi bizim vəzifəmiz əmtəə dövriyyəsinin əvvəlki səviyyəsini bərpa etməkdir. Hazırda o, təxminən 1 milyard dollar səviyyəsindədir. Fikrimcə, biz ən yaxın vaxtlarda əmtəə dövriyyəsini ən azı iki dəfə artıra bilərik.

Hörmətli cənab Prezident, mən çox şadam ki, ölkənizin iqtisadiyyatı kifayət qədər davamlıdır və bu, son illərdə Sizdə yaranmış sabitliyin sayəsində mümkün olmuşdur. Mən razılıq hissi ilə qeyd etmişəm ki, hətta gərgin 2009-cu ildə də Sizdə ümumi daxili məhsulun artımı 9 faizdən çox olmuşdur. Bu, çox böyük nailiyyətdir. Faktiki olaraq, Siz qısa bir dövr ərzində adambaşına ümumi daxili məhsulun həcmini iki dəfə, hətta iki dəfədən çox artırmısınız. Əlbəttə, güman edirəm ki, Azərbaycan xalqı bunu hiss edir. Əminəm ki, bu, daxili siyasətdə bir sıra məsələlərin həllinə şərait yaradır, cəmiyyəti və insanları birləşdirir. Bu, çox yaxşı haldır. Son illərdə Ukraynada bu hal çatışmırdı. Biz Sizə yaxşı mənada həsəd aparırıq. Lakin zənnimcə, indi Ukraynada yeni dövr başlanmışdır və əlbəttə, bu dövr bizim ticari-iqtisadi münasibətlərimizdə, ölkələrimizin, xalqlarımızın münasibətlərində özünü müsbət cəhətdən göstərəcəkdir. Bu gün mən Sizi görməyə, əla təşkil edilmiş bu tədbirdə Sizi salamlamağa şadam. Ümid edirəm ki, ən yaxın vaxtlarda Sizi bir daha görəcəyəm, əlbəttə, bu dəfə artıq Ukraynada.

Prezident İlham ƏLİYEV xoş sözlərə görə təşəkkür edərək dedi:

-Ölkəmiz haqqında xoş sözlərinizə görə sağ olun, Viktor Fyodoroviç. Siz tamamilə haqlısınız. Böhranlı 2009-cu ildə biz yüksək nəticələr nümayiş etdirdik. Sevindirici haldır ki, biz buna o vaxta qədər yaradılmış baza əsasında nail olduq. Bizim iqtisadiyyatımız 20-25 faiz artmışdır. Bizim iqtisadiyyat sabitdir və hətta bu il kredit agentlikləri Azərbaycanın kredit reytinqini artırmışlar. Bu onu göstərir ki, biz iqtisadiyyatı şaxələndirməyə və davamlı artıma nail olmuşuq. Siz tamamilə haqlısınız ki, burada əsas amil sabitlik – həm siyasi sahədə, həm iqtisadiyyatda sabitlik və vəziyyətin proqnozlaşdırıla bilməsi, eləcə də investisiya imkanlarıdır. Ona görə də əlbəttə, çox istəyirik ki, ikitərəfli iqtisadi potensial tam bərpa olunsun. Biz buna çox ümid bəsləyirik.

Ukrayna bizim üçün yaxın dost və tərəfdaşdır, strateji tərəfdaşdır. Əvvəlki onilliklərdə biz uzun illər boyu birgə yaşamışıq. Müstəqil dövlətlər kimi də biz həmişə bir-birimizə kömək etmişik. Sizinlə bizi şəxsi dostluq münasibətləri bağlayır. Bu dostluq artıq neçə illərdir ki, davam edir. Əminəm ki, Sizin rəhbərliyiniz altında dost Ukrayna xalqı böyük uğurlar qazanacaqdır. Əminəm ki, Siz Ukrayna hökumətinə başçılıq edərkən olduğu kimi, həm sənayenin, həm də iqtisadiyyatın inkişafına nail olacaqsınız. Bunun üçün hər cür imkan, ən başlıcası isə siyasi əzmkarlıq vardır.

Mən Sizi yenidən görməyimə çox şadam. Əminəm ki, yaxın illərdə bu cür görüşlər həm Ukraynada, həm də Azərbaycanda çox olacaqdır və biz bu cür möhkəm baza əsasında, xalqlarımızın bir-birinə qarşılıqlı rəğbəti və meyli sayəsində dostluğa, qarşılıqlı maraqlara, xalqlarımıza fayda gətirən amillərə əsaslanan münasibətlər quracağıq. Sizi bir daha şəxsən öz adımdan yüksək Prezident vəzifəsinə seçilməyiniz, Ukrayna xalqının Sizə göstərdiyi etimad münasibətilə təbrik etmək istəyirəm. Bu, Sizə münasibətin və Sizə bəslənilən ümidin əsas göstəricisidir. Əminəm ki, bütün bu ümidlər doğrulacaqdır.

Viktor YANUKOVİÇ: Sağ olun.

SƏNƏDLƏR Fərmanlar 07 may 2025
15:43
Sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının...

07 may 2025, 15:43
SƏNƏDLƏR Fərmanlar 07 may 2025
15:41
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...

07 may 2025, 15:41
SƏNƏDLƏR Qanunlar 07 may 2025
15:39
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...

07 may 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 06 may 2025
16:06
Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun...

06 may 2025, 16:06
SƏNƏDLƏR Fərmanlar 06 may 2025
16:04
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam...

06 may 2025, 16:04