Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviçdən

01 iyun 2016, 17:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dost.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edir, ölkənizin və xalqınızın firavanlığı üçün ən xoş arzularımı bildirməkdən məmnunluq duyuram.

Xorvatiya Respublikası ilə Azərbaycan Respublikası iki dost dövlət olub, qarşılıqlı maraq kəsb edən bir çox sahədə əməkdaşlıq edirlər. Əminəm ki, qarşıdakı dövrdə biz əlaqələrimizi daha da gücləndirəcək, xüsusən iqtisadi sahədə əməkdaşlığımızı dərinləşdirəcəyik.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Kolinda Qrabar-Kitaroviç

Xorvatiya Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55