İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldidan

28 may 2016, 16:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, ailənizə və bütün Azərbaycan xalqına İtaliya–Azərbaycan biznes ictimaiyyəti adından səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikası həmişə multikulturalizm və tolerantlıq məkanı olub. İkitərəfli rəsmi biznes təşkilatı olaraq biz Sizin uzaqgörən rəhbərliyinizlə hökumətinizin beynəlxalq ticarətə verdiyi dəstəyi və töhfələri yüksək qiymətləndirir və buna görə Zati-alinizə minnətdarıq. Bu, ötən həftə Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı Biznes Sammitində beynəlxalq təşkilatlar tərəfindən etiraf olundu və yüksək qiymətləndirildi.

Əminəm ki, italiyalı və azərbaycanlı sahibkarlar arasındakı uğurlu iqtisadi əlaqələr və xalqlarımızın dostluğu bundan sonra da ölkələrimizin maraqlarına uyğun olaraq inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm, ən dərin ehtiramımı qəbul edin.

Hörmətlə,

Manuela Traldi

İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55