UNESCO-nun baş direktoru İrina Bokovadan

27 may 2016, 16:18

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına UNESCO-nun adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkənizin illər boyu UNESCO ilə əlaqələri gücləndirmək istiqamətindəki səylərini və beynəlxalq əməkdaşlığın inkişafında oynadığı mühüm rolu təqdir etmək istərdim. Cənab Prezident, xüsusilə, UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda iştirakınıza görə Sizə ən dərin ehtiramımı bildirirəm. İcazə verin, Bakı Forumunun uğurlu iclasları üçün Azərbaycana bir daha ən səmimi minnətdarlığımı çatdırım.

Azərbaycanın mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə davamlı dəstəyi UNESCO-nun əsas mandatının inkişafına böyük töhfə verib. “Davamlı İnkişaf Proqramı – 2030” layihəsinin icrası mərhələsində bu dəstək daha böyük əhəmiyyət kəsb edir.

Əminəm ki, UNESCO-nun Azərbaycan ilə sıx əməkdaşlığı gələcəkdə də davam edəcək.

Zati-aliləri, xahiş edirəm, təbriklərimlə yanaşı, ən dərin ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

İrina Bokova

UNESCO-nun baş direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55