İlham Əliyev Rusiyanın Baş naziri Vladimir Putin ilə görüşmüşdür

08 iyun 2010, 15:40
İlham Əliyev Rusiyanın Baş naziri Vladimir Putin ilə görüşmüşdür

İstanbulda Prezident İlham Əliyevin və Rusiyanın Baş naziri Vladimir Putinin görüşü olmuşdur.

Rusiyanın Baş naziri Vladimir PUTİN Azərbaycan dövlətinin başçısına müraciətlə dedi:

-İlham Heydər oğlu, Sizi görməyimə, konfransın işi çərçivəsində sizinlə danışıqlar aparmağa, cari işlərimiz, ölkələrimizin iqtisadi, humanitar münasibətləri barədə söhbət etmək imkanına görə çox şadam. Bilirəm yəqin ki, bütövlükdə regiondakı vəziyyətlə bağlı məsələlərə də toxunacaqsınız. Biz həm ikitərəfli dövlətlərarası əlaqələrimizin inkişafında, həm də regionda vəziyyətin normallaşdırılması istiqamətində əlavə addımlar atmaq üçün hər bir imkandan istifadə etməyə çalışırıq. Buna görə bir daha demək istəyirəm ki, Sizi görməyə çox şadam.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Rusiya hökumətinin başçısına müraciətlə dedi:

-Sağ olun, Vladimir Vladimiroviç. Əminəm ki, görüşümüz həmişəki kimi çox konstruktiv və dostluq ruhunda keçəcəkdir. Bundan əvvəlki səmimi görüşümüzü xatırlayıram. Bu görüşlər həmişə münasibətlərimizin daha da inkişafına xidmət etmişdir. Bugünkü ikitərəfli görüşün gündəliyi çox genişdir. Təbii ki, burada iqtisadi əlaqələr, qarşılıqlı siyasi fəaliyyət, humanitar əməkdaşlıq, regional problemlər, münaqişənin nizamlanması məsələləri vardır. Biz ikitərəfli münasibətlərin bütün istiqamətləri üzrə çox konstruktiv, səmərəli iş aparırıq. İqtisadi əlaqələrə gəldikdə, bizdə əmtəə dövriyyəsinin artması müşahidə olunur. Bu, çox müsbət amildir. İkitərəfli münasibətlərin bütün başqa istiqamətlərində də tərəqqi görürük. Buna görə də mən əminəm ki, bu görüş də bizim dostluq, mehriban qonşuluq münasibətlərimizin daha fəal inkişafına xidmət edəcəkdir.

Vladimir PUTİN: Sağ olun.

SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30