İlham Əliyev Rusiyanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

18 may 2016, 19:10
İlham Əliyev Rusiyanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurla və dinamik şəkildə inkişaf etdiyini deyən dövlətimizin başçısı Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozinin Azərbaycana səfərinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyi ilə bağlı məsələlərin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını bildirdi. Prezident İlham Əliyev Dmitri Roqozinin Azərbaycan-Rusiya Hökumətlərarası Birgə Komissiyasının həmsədri kimi Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafındakı rolunu xüsusi qiymətləndirdi. Ölkəmizin Hökumətlərarası Birgə Komissiyadakı fəaliyyətindən danışan dövlətimizin başçısı Azərbaycan tərəfinin də iki ölkə arasında münasibətlərin daha da yaxınlaşdırılması üçün səylərini əsirgəmədiyini vurğuladı. Dünyada müşahidə olunan iqtisadi böhran şəraitində bu istiqamətdə əldə edilmiş nəticələrin kifayət qədər müsbət olduğunu deyən Prezident İlham Əliyev bildirdi ki, mövcud potensialın daha da artırılması üçün yaxşı imkanlar var. Əməkdaşlığımızın geniş spektrə malik olduğunu və ikitərəfli əlaqələrin bütün sahələrini, o cümlədən xarici siyasət, iqtisadiyyat, sosial, humanitar və digər sahələri əhatə etdiyini vurğulayan dövlətimizin başçısı ticari-iqtisadi əlaqələrin münasibətlərimizin vacib istiqamətlərindən birinə çevrildiyini dedi. Bu sahədə potensialın gələcəkdə daha da artırılacağına əminliyini bildirən Prezident İlham Əliyev görülən işlərin nəticələrinin nəzərdə keçirilməsi və atılacaq addımların müəyyənləşdirilməsi baxımından bugünkü görüşün əhəmiyyətini qeyd etdi.

Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi, mədəni, təhsil və digər sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclaslarının əməkdaşlığımızın inkişafı baxımından önəmini vurğuladı. Görülən işlərə və əldə olunmuş razılaşmalara nəzarət baxımından bu cür görüşlərin yaxşı nəticələr verdiyini qeyd edən Dmitri Roqozin bildirdi ki, hazırda Rusiya və Azərbaycan üçün maraqlı və perspektivli ola biləcək maşınqayırma sahəsinə aid birgə layihə ilə bağlı iki ölkə arasında müzakirələr aparılır.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photo
SƏNƏDLƏR Fərmanlar 07 may 2025
15:43
Sənaye parklarının bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisi ilə təchizatına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye parklarında bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının artırılması məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının...

07 may 2025, 15:43
SƏNƏDLƏR Fərmanlar 07 may 2025
15:41
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi...

07 may 2025, 15:41
SƏNƏDLƏR Qanunlar 07 may 2025
15:39
“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası...

07 may 2025, 15:39