Səbail rayonunun Badamdar qəsəbəsinin sakinləri ilə görüş zamanı İlham Əliyevin nitqi

20 aprel 2011, 18:15
Səbail rayonunun Badamdar qəsəbəsinin sakinləri ilə görüş zamanı İlham Əliyevin nitqi

- Bakı qəsəbələrinin inkişafı proqramı hazırlanır. Hər bir qəsəbə üzrə konkret proqram tərtib olunacaq və beləliklə Bakı ətrafında yerləşən qəsəbələrdə inkişaf daha da sürətlə gedəcəkdir. Bu proqram artıq hazırlanır və hər qəsəbədə bütün sosial-iqtisadi məsələlər tezliklə həllini tapmalıdır.

Badamdar qəsəbəsində də həllini gözləyən problemlər vardır. Biz onları bilirik və onları həll edəcəyik. İlk növbədə yollardan başlamışıq. Artıq gözəl yollar çəkilir. Bütövlükdə qəsəbənin yollarının uzunluğu 50 kilometrə bərabərdir. Yəni, böyük bir iş tələb olunur, ancaq bunu edəcəyik. Su problemi vardır və bu, təbii olaraq bizi narahat edir. Bu məsələ bütövlükdə ölkə üzrə həllini tapmaqdadır, o cümlədən Bakıda və Bakıətrafı qəsəbələrdə. Qazlaşdırma yenidən aparılmalıdır, çünki borular köhnəlib. Bəzi hallarda qazın təzyiqi lazımi səviyyədə deyildir. Yəni, bütün məsələlər həllini tapmalıdır. Yeni məktəbin tikintisi məsələsi vardır. Mənə deyirlər ki, bu gözəl məktəb bütün tələblərə cavab versə də, burada şagirdlər iki növbədə oxuyurlar, bu da çətinlik yaradır. Yeni məktəb tikilməlidir. Bir də burada yeni xəstəxana inşa olunmalıdır. Buna da ehtiyac vardır. Biz bütün bu məsələlərə kompleks şəkildə baxacağıq. 2013-cü ilin sonuna qədər Bakıətrafı qəsəbələrdə bütün sosial-iqtisadi məsələlər öz həllini tapmalıdır. İnfrastruktur yenidən qurulmalıdır. Elektrik enerjisi ilə təchizatda problem yoxdur. Ancaq xətlərin çəkilişi aparılmalıdır. Xətlər daha da müasir səviyyədə çəkilməlidir, bəzi yerlərdə yerin altına salınmalıdır. Dediyim kimi, qazlaşdırma, su, kanalizasiya məsələləri təkcə bu qəsəbə üçün deyil, bütövlükdə ölkəmiz üçün çox ciddidir.

Əslində Badamdar qəsəbəsi şəhərin bir hissəsidir. Heç qəsəbə də demək olmaz, çünki burada şəhərtipli infrastruktur mövcuddur, bu qəsəbə şəhərin içindədir. Ancaq qəsəbə statusu vardır. Bütün qəsəbələrdə olduğu kimi, burada da bütün işlər yüksək səviyyədə aparılmalıdır.

Bu gün mən gəlmişəm ki, sizdən soruşum, eşidim, əlavə hansı işlər görülməlidir?! Burada yaşayan sakinləri hansı məsələlər daha çox narahat edir ki, biz onları tezliklə həll edək. 

Bu məsələ mütləq öz həllini tapacaqdır. Mən xəstəxananın tikintisi ilə bağlı xüsusi Sərəncam verəcəyəm ki, işlər dərhal başlasın və gələn ilin dövlət büdcəsində bu məsələnin həlli üçün əlavə vəsait ayrılacaqdır. Eyni zamanda, yeni məktəb binasının tikintisi də nəzərdə tutulmalıdır. Çünki buna da ehtiyac vardır. Siz qeyd etdiyiniz kimi, qəsəbənin həm ərazisi genişlənir, həm də əhalisi artır. Burada bütün lazımi infrastruktur obyektləri yaxın zamanlarda tikilməlidir.

Mən bilirəm ki, qazın verilməsi ilə də bağlı müəyyən problemlər vardır. Təzyiq bəzi hallarda aşağıdır, çünki borular köhnəlib. İndi bütün ölkə üzrə geniş qazlaşdırma işləri aparılır. Elə bir rayon yoxdur ki, oraya qaz verilməsin. İndi hətta ucqar kəndlərə də qaz xətləri çəkilir. 2012-ci ilin sonuna qədər ölkəmizdə qazlaşdırma 90-95 faiz təşkil etməlidir və keyfiyyətli qaz verilməlidir. Xüsusilə, Bakıda və Bakıətrafı qəsəbələrdə bu məsələlər daha da tezliklə öz həllini tapmalıdır.

İçməli su problemi əfsuslar olsun ki, bütün dövrlərdə bizim üçün aktual olmuşdur. Azərbaycanı və Bakını su ilə təmin edən xətlər çəkilibdir, siz onu qeyd etdiniz. Hacı Zeynalabdin Tağıyev Şollar kəmərini çəkdirmişdir. Ondan sonra ulu öndər Heydər Əliyev su kəmərləri çəkdirmişdir. İndi Oğuz-Qəbələ su kəməri də tikilib. Bu kəmərin xüsusiyyəti ondan ibarətdir ki, su daxili mənbələr hesabına formalaşır. Yəni, həm Kür, həm də Samur çaylarının mənbəyi başqa ölkələrin ərazisindədir və bir növ biz başqa ölkələrdən asılı vəziyyətdəyik.

Bir daha deyirəm, Oğuz-Qəbələ-Bakı kəmərinin xüsusiyyəti ondan ibarətdir ki, bu, bulaq suyudur və eyni zamanda, daxili mənbələr hesabına formalaşır. Biz gələcəkdə o kəmərlə suyun verilməsinin həcmini də artıra bilərik.

İndi Badamdarda və başqa yerlərdə su anbarları tikilir. Onlar istifadəyə veriləndən sonra su ilə təchizat daha da yaxşı olacaq, eyni zamanda, yeni xətlər çəkilməlidir. Çünki vaxtilə çəkilmiş xətlər köhnəlib, bəzi hallarda çürüyüb, biz onların hamısını yenidən qurmalıyıq. Bu böyük maliyyə vəsaiti tələb edən bir işdir. Eyni zamanda, su və kanalizasiya məsələləri texniki cəhətdən çox ağır bir işdir. Hər iki məsələ bütün qəsəbələrdə, Bakıda və bütün rayonlarda paralel şəkildə öz həllini tapmalıdır. İndi nəinki Bakıda, hər bir rayon üzrə xüsusi su layihəsi hazırlanmışdır. Bəzi yerlərdə işlər başlanmışdır. Bəzi yerlərdə isə biz bu işlərə yaxın zamanlarda başlayacağıq.

Yəni, əsas infrastruktur məsələləri bundan ibarətdir - su, kanalizasiya, qazlaşdırma, elektrik enerjisinin verilməsi, sosial infrastruktur, xəstəxanalar, məktəblər, yollar. Biz bu işlərlə məşğuluq. Bütün ölkə üzrə proqramlar həyata keçirilir və Bakı qəsəbələri də bu proqramlardan kənarda qalmamalıdır. Hər bir bölgədə regional inkişaf proqramları vardır. Mən bölgələrdə tez-tez oluram, inkişafı görürəm. Mən istəyirəm ki, hər bir yerdə, hər bir kənddə, hər bir qəsəbədə bu inkişaf özünü göstərsin. Xüsusilə Badamdar kimi böyük tarixə malik olan qəsəbədə işlər yüksək səviyyədə olmalıdır.

Əslində Badamdara qəsəbə də demək mümkün deyildir. Bu, şəhərdir və şəhər kimi formalaşmışdır, şəhərin içindədir. Əlbəttə, burada bütün işlər yüksək səviyyədə görülməlidir. Yəni, Bakı qəsəbələrinin inkişafı proqramı icra olunandan sonra iki il ərzində əsas məsələlər öz həllini tapacaqdır. Bu yolun çəkilişi başlanğıcdır, burada başqa yollar da çəkiləcəkdir. Ondan sonra yollarda işıq dirəkləri quraşdırılmalıdır. Çünki burada işıqlandırma yoxdur, axşamlar qaranlıqdır. Hər yer işıqlı olmalıdır. Biz indi özümüzü elektrik enerjisi ilə təmin edirik. Başqa ölkələrə də qaz, neft ixrac edirik. Ona görə, burada hər bir küçə işıqlandırılmalıdır. 

SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:59
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi...

13 may 2025, 16:59
SƏNƏDLƏR Sərəncamlar 13 may 2025
16:57
B.V.Əhmədovun Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsini rəhbər tutaraq qərara alıram:

1. Bəhruz Vidadi oğlu Əhmədov Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru təyin...

13 may 2025, 16:57
SƏNƏDLƏR Sərəncamlar 12 may 2025
15:27
“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29...

12 may 2025, 15:27
SƏNƏDLƏR Fərmanlar 12 may 2025
15:25
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 fevral tarixli 535 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

12 may 2025, 15:25
SƏNƏDLƏR Qanunlar 12 may 2025
15:23
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

12 may 2025, 15:23