Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, Respublika Günü münasibətilə Sizi və Azərbaycan Respublikasının xalqını ürəkdən təbrik edirəm.
Qarşıdakı illərdə də ölkələrimiz və xalqlarımız arasında mehriban dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olacağına və həmçinin əlaqələrimizin möhkəmlənəcəyinə ümidvaram.
Zati-aliləri, xahiş edirəm Sizə möhkəm cansağlığı və dost ölkənizə davamlı firavanlıq arzularımı qəbul edəsiniz.
Hörmətlə,
Pak Kın He
Koreya Respublikasının Prezidenti