Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

09 may 2016, 11:45

Hörmətli İlham Heydər oğlu,

Sizi Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

9 may Rusiyanın və Azərbaycanın ümumi tarixində şanlı gündür. Bu tarix Qələbə naminə döyüş meydanlarında faşizmə qarşı çiyin-çiyinə vuruşmuş və arxa cəbhədə fədakarcasına çalışmış xalqlarımızın birliyinin və misilsiz qəhrəmanlığının əbədi rəmzi olaraq qalacaq. İndiki nəsillərin borcu bu dəhşətli müharibədə həlak olanların parlaq xatirəsini qayğı ilə qoruyub saxlamaq və keçmişin faciəli hadisələrinin təkrarlanmasına yol verməməkdir.

Əminəm ki, zamanın sınağından çıxan dostluq bağları bundan sonra da Rusiya-Azərbaycan strateji əməkdaşlığının möhkəmlənməsinin sarsılmaz təməli olacaq.

Hörmətli İlham Heydər oğlu, xahiş edirəm, ən səmimi minnətdarlıq sözlərimi, cansağlığı, firavanlıq və uzun ömür arzularımı Böyük Vətən müharibəsinin Sizin ölkənizdə yaşayan bütün veteranlarına çatdırasınız.

Hörmətlə,

Vladimir Putin

Rusiya Federasiyasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55