İlham Əliyev İspaniyanın xarici işlər naziri ilə görüşüb

26 aprel 2016, 17:15
İlham Əliyev İspaniyanın xarici işlər naziri ilə görüşüb

Prezident İlham Əliyev İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya Marqallo ilə görüşüb.

Nazir Xose Manuel Qarsiya Marqallo Azərbaycana əvvəlki səfərlərini xatırlatdı.

Prezident İlham Əliyev Türkiyə və İspaniyanın birgə təşəbbüsü ilə yaradılan BMT-nin Sivilizasiyalar Alyansının uğurlu fəaliyyətini qeyd etdi və İspaniyanın Alyansa verdiyi dəstəyi yüksək qiymətləndirdi. İspaniyanın xarici işlər nazirinin Bakıda keçirilən bu tədbirdə iştirakını bu dəstəyin nümunəsi kimi dəyərləndirdi.

Görüşdə mürəkkəb beynəlxalq vəziyyət və münasibətlərdə qarşıda duran vəzifələri müzakirə etmək baxımından Forumun əhəmiyyəti qeyd edildi. Bu mühüm tədbirin beynəlxalq aləmə güclü müsbət mesaj verəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq əlaqələri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında fikir mübadiləsi aparıldı.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55