İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinə “Dostluq” ordeni təqdim edib

22 aprel 2016, 16:34
İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinə “Dostluq” ordeni təqdim edib

Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasiri qəbul edib.

Dövlət başçısı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin Azərbaycanın yaxın dostu olduğunu, BMT-Azərbaycan tərəfdaşlığının genişləndirilməsində əhəmiyyətli rol oynadığını dedi.

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikası ilə qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində və mədəniyyətlərarası dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə Nasir Əbdüləziz Əl-Nasirin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim etdi.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir tolerantlığın və dialoqun inkişafı baxımından ölkəmizin önəmini qeyd etdi, xüsusilə Prezident İlham Əliyevin mədəniyyətlərarası dialoqun təbliğindəki liderliyini yüksək qiymətləndirdi.

Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Nasir Əbdüləziz Əl-Nasir bu ordenə layiq görülməsindən qürur hissi keçirdiyini bildirdi. O, Prezident İlham Əliyevin BMT-Azərbaycan əməkdaşlığının genişləndirilməsi işində rəhbərliyini yüksək qiymətləndirdiyini vurğuladı.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətindən danışıldı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından tədbirin rolu xüsusi qeyd olundu, əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 12 mart 2025
12:49
Azərbaycan Respublikası Prezidentinin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 2013-cü il 29 avqust tarixli 973 nömrəli və “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973...

12 mart 2025, 12:49
SƏNƏDLƏR Sərəncamlar 12 mart 2025
12:46
“Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara...

12 mart 2025, 12:46
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:18
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı...

11 mart 2025, 16:18
SƏNƏDLƏR Fərmanlar 11 mart 2025
16:16
“Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 fevral tarixli 341 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Mülki aviasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21...

11 mart 2025, 16:16