E.D.Qurbanovun Oğuz rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

20 aprel 2011, 17:00

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2011-ci il.