İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edib

14 aprel 2016, 14:35
İlham Əliyev İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitində iştirak edib

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Sammitdə iştirak edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşıladı.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

İƏT-in qurucu üzvlərindən olan Türkiyənin ev sahibliyi etdiyi XIII Sammit “Ədalət və sülh üçün birlik və həmrəylik” devizi altında keçirilir. Bu Sammit İslam dünyasının layiq olduğu ədalətə və sülhə təhlükə yaradan mövcud problemlərin həll edilməsi, risklərin və təhdidlərin qarşısının alınması yollarının tapılması ilə bağlı İslam aləmində birlik və həmrəyliyə ehtiyac yarandığı bir dövrdə təşkil olunur.

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

İslam Əməkdaşlıq Təşkilatının XII Sammitinə sədrlik edən Misirin xarici işlər naziri Sameh Şukri çıxışında müsəlmanların və İslam ölkələrinin maraqlarının qorunması baxımından İƏT-in fəaliyyətini yüksək qiymətləndirdi. O, Misirin sədrliyi dövründə üzv ölkələrlə əməkdaşlıq şəraitində İslam dünyasında mövcud problemlərin həlli istiqamətində fəal səy göstərdiyini vurğuladı. Hazırda İslam dünyasında, ərəb ölkələrində, ümumilikdə Yaxın Şərq regionunda ciddi böhranların yaşandığını vurğulayan sədr dedi ki, bu münaqişələrin, terrorun arxasında xarici qüvvələrlə yanaşı, daxili narazılıqlar da var.

Sameh Şukri son aylarda bölgədə silahlı münaqişələrin, terror hadisələrinin daha da şiddətləndiyini vurğulayaq, bunun ciddi bir təhdid olduğunu bildirdi. O, İslam dünyasında mövcud problemlərin, o cümlədən Fələstin məsələsinin, Suriya böhranının, həmçinin son illər artmaqda olan islamofobiyanın və digər problemlərin həlli üçün səylərin birləşdirilməsinin vacibliyini bildirdi. Misirin xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatına sədrliyin Türkiyə Respublikasına keçdiyini elan etdi.

İƏT-ə sədrliyi qəbul edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Sammitdə çıxış edərək bu tədbirin bütün İslam dünyası üçün uğurlu olmasını arzuladı.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni Sammitə yüksək səviyyədə ev sahibliyinə, eləcə də dünyada İslam ölkələrinin mənafeyini fəal müdafiə etməsinə görə Türkiyəyə minnətdarlığını bildirdi. İƏT-in baş katibi təcavüzkar Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi işğalçılıq siyasətini pisləyərək dedi:

- Ermənistanın Dağlıq Qarabağda işğalı davam etməkdədir. Biz problemin Birləşmiş Millətlər Təşkilatının münaqişə ilə bağlı qərarlarına uyğun olaraq həllini istəyirik. Azərbaycan dövlətinin beynəlxalq aləmdə tanınan sərhədlərinin və suverenliyinin bərpasının, bölgədə sülhün və təhlükəsizliyin bərqərar edilməsinin vacibliyini düşünürük.

Müsəlman ölkələrindəki qarşıdurmaların tezliklə həll olunmasını müasir dünyanın qarşısında duran əsas vəzifə olduğunu deyən baş katib diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır. O qeyd edib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcəkdir. Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.

Baş katib, həmçinin üzv ölkələri arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi, elm, təhsil sahəsində əlaqələrin, ən müasir texnologiyaların tətbiqi imkanlarının genişləndirilməsi və sair sahələr üzrə görülən işlər barədə məlumat verdi.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nitq söyləyərək Sammitin əsas mövzusu olan prinsiplərin dünyada baş verən böhranların, xüsusən də İslam aləmində yaşanan gərginliklərin həll edilməsi baxımından qısa zamanda bərqərar olunmasının əhəmiyyətini vurğuladı. Rəcəb Tayyib Ərdoğan bu problemlərin əsas səbəbinin dünyada irqçilik, məzhəbçilik, etnik və dini ayrı-seçkiliyin olduğunu qeyd edərək həmin münaqişələr, böhranlar nəticəsində milyonlarla insanın əziyyət çəkdiyini dedi. “Dünyada yaşanan problemlərdən, münaqişələrdən, böhranlardan daha çox əziyyət çəkən sadəcə İslam dünyası və müsəlman ölkələridir”, - deyən Rəcəb Tayyib Ərdoğan bu Sammitin müsəlman ölkələrinin səylərini birləşdirməsi, əməkdaşlığı inkişaf etdirməsi yolunda dönüş nöqtəsi olacağına əminliyini bildirdi.

Son illərdə Türkiyədə baş verən terror hadisələrinə diqqət çəkən Prezident Rəcəb Tayyib Ərdoğan bəzi Qərb ölkələrinin terror təşkilatlarına və onların qanlı aksiyalarına ikili standartlarla yanaşdığını, Parisdə, Brüsseldə baş verən terror hadisələri anıldığı halda, Ankara, İstanbul və Lahorda baş verənlərin yad olunmadığını dedi. İslam ölkələrinin qarşıdakı dövrdə sülh, inkişaf və təhlükəsizlik məsələlərinə daha çox diqqət göstərmələrinin əhəmiyyətini vurğulayan Rəcəb Tayyib Ərdoğan qardaşlığı sadəcə sözdə yox, siyasi, iqtisadi, mədəniyyət və bir çox istiqamətlərdə qurulan əməkdaşlıqla da göstərməyin vacib olduğunu bildirdi, gənclərin fəaliyyətinin təşkilatlanmasının, qadın hüquqlarının qorunmasının zəruriliyinə diqqət çəkdi. İƏT-in qadınlarla bağlı konfransının keçirilməsi, bu sahədə qadın təşkilatının yaradılması təşəbbüsü ilə çıxış edən Rəcəb Tayyib Ərdoğan ortaq Qızıl Aypara Cəmiyyətinin yaradılmasının mümkünlüyünü bildirdi, İslam İnkişaf Bankını bu təşəbbüslərə fəal dəstək verməyə çağırdı.

Sonra müsəlman ölkələrində baş verən proseslərlə bağlı qısa film nümayiş etdirildi.

Daha sonra Asiya, ərəb və Afrika ölkələri qrupları adından çıxışlar dinlənildi.

Bəhreyn, Bruney, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, İran, Qazaxıstan, Pakistan, Fələstin, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş, İordaniya, Livan, Oman, Özbəkistan, Tacikistan, Qırğızıstan, Maldiv adaları, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Türkmənistan, Suriya, İraqın daxil olduğu Asiya qrupu adından çıxış edən Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

-Hörmətli cənab baş katib, Zati-aliləri, Zirvə iştirakçıları.

Asiya qrupu adından əziz qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə Respublikasının Hökumətinə İslam Əməkdaşlıq Təşkilatının XIII Sammitinə ev sahibliyi etməsinə və bütün nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. İslam Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul etmiş Türkiyə Respublikasını təbrik edir və bu önəmli vəzifələri yerinə yetirməkdə ona uğurlar arzulayırıq.

Türkiyənin sədrliyinin İslam dünyasında davamlı inkişafa, tərəqqiyə və əmin-amanlığa əhəmiyyətli töhfə verəcəyinə inanırıq və təşkilatın məqsədlərinə nail olmaq istiqamətində İslam Əməkdaşlıq Təşkilatının yeni sədri ilə əməkdaşlıq etməyə tam hazır olduğumuzu bildiririk. Sağ olun.

X X X

Sonra ərəb ölkələri qrupu adından Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Afrika ölkələri qrupu adından isə Qambiya Prezidenti Yəhya Camme çıxış etdilər.

Daha sonra Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud çıxış etdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlara görə dövlət başçılarına minnətdarlığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 06 iyul 2022
18:58
“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Pakistan İslam Respublikasının Xaricdə Yaşayan Pakistanlılarla İş və İnsan Resurslarının İnkişafı Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il mayın 25-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə...

06 iyul 2022, 18:58
SƏNƏDLƏR Qanunlar 05 iyul 2022
17:18
“Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının “Azərqızıl” Dövlət Şirkəti ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanunu

“Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının...

05 iyul 2022, 17:18
SƏNƏDLƏR Fərmanlar 05 iyul 2022
17:16
“Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2021-ci il oktyabrın 21-də Bakı və Ulan-Bator şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti...

05 iyul 2022, 17:16
SƏNƏDLƏR Fərmanlar 05 iyul 2022
17:14
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2021-ci il aprelin 30-da Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya...

05 iyul 2022, 17:14
SƏNƏDLƏR Fərmanlar 05 iyul 2022
17:12
“Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il martın 30-da Təl-Əviv şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında...

05 iyul 2022, 17:12
SƏNƏDLƏR Fərmanlar 05 iyul 2022
17:10
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair 2004-cü il mayın 6-da Bakıda imzalanmış Prosedur Müqaviləsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əlavə Prosedur Müqavilə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2022-ci il mayın 19-da İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti...

05 iyul 2022, 17:10
SƏNƏDLƏR Fərmanlar 05 iyul 2022
14:32
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 540-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 27 may...

05 iyul 2022, 14:32
SƏNƏDLƏR Fərmanlar 05 iyul 2022
14:28
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi...

05 iyul 2022, 14:28
SƏNƏDLƏR Qanunlar 05 iyul 2022
14:26
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”...

05 iyul 2022, 14:26