Azərbaycan və Rumıniya prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir

18 aprel 2011, 16:15
Azərbaycan və Rumıniya prezidentlərinin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir

Azərbaycan-Rumıniya sənədlərinin imzalanması mərasimindən sonra Rumıniya Prezidenti Trayan Beseskunun və Azərbaycan Prezidenti İlham Əliyevin ali ordenlərlə təltif olunma mərasimi keçirilmişdir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli dostlar!

Cənab Prezident, Siz Azərbaycan dövlətinin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilirsiniz.

Rumıniya-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və bu gün imzalanmış sənəd bunu bir daha təsdiq edir. Siz bu əlaqələrin inkişafı üçün böyük xidmətlər göstərmisiniz və Azərbaycan xalqı Sizi çox yaxşı tanıyır. Sizin Azərbaycan ilə bağlı mövqeyinizi ürəkdən alqışlayırıq.

İki ölkə arasındakı əlaqələrin inkişafı üçün göstərdiyiniz böyük xidmətlərə görə bu yüksək mükafatı mən bu gün Sizə təqdim edirəm.

Azərbaycan Prezidenti İlham Əliyev “Heydər Əliyev” ordenini Rumıniya Prezidenti Trayan Beseskuya təqdim etdi.

Prezident Trayan Besesku dövlətimizin başçısının Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı ilə təltif edilməsi barədə qərar qəbul etdiklərini bildirdi. O qeyd etdi kİ, bu, dövlət başçılarına verilən ali mükafatdır. Trayan Besesku xüsusi vurğuladı ki, Prezident İlham Əliyev bu mükafata layiq görülən yalnız ikinci dövlət başçısıdır.

Qeyd edək ki, 2004-cü ildə Rumıniyaya rəsmi səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin ali mükafatı “Rumıniya Ulduzu” ordeni ilə təltif olunmuşdur. Rumıniya qanunvericiliyinə görə, “Sadiq xidmət” milli ordeni bundan əvvəl “Rumıniya Ulduzu” ordeni ilə təltif edilən şəxslərə təqdim olunur.

Prezident Trayan Besesku “Sadiq xidmət” milli ordeninin Böyük Xaç ranqını dövlətimizin başçısına təqdim etdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 iyun 2025
15:42
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli 536 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

11 iyun 2025, 15:42
SƏNƏDLƏR Sərəncamlar 11 iyun 2025
13:11
Xaçmaz rayonunun Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (28 km)–Köhnə Xaçmaz–Xaspoladoba–Gəncəli–Bəbəli–Əzizli–Əhmədoba–Müşviq–Müşkür–Hacıqazma–Hacıəhmədoba–Şərifoba–Qaracəlli–Xəzərli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On iki min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə...

11 iyun 2025, 13:11
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:42
“Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

PDF yükləyin

10 iyun 2025, 15:42
SƏNƏDLƏR Qanunlar 10 iyun 2025
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikası...

10 iyun 2025, 15:40
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50