İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

11 aprel 2016, 18:05
İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

Prezident İlham Əliyev  BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai etimadnamə məktubunu Prezident İlham Əliyevə təqdim etdi.

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin bir çox təsisatları ilə sıx əlaqələr qurduğunu, ölkəmizin təşkilat ilə çox fəal əməkdaşlıq həyata keçirdiyini dedi. Bakının BMT-nin bir neçə mühüm tədbirinə ev sahibliyi etdiyini bildirən dövlətimizin başçısı Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının təsisatlarında iştirakını uğurla davam etdirəcəyinə ümidvar olduğunu dedi.

Son iyirmi il ərzində təmsil etdiyi qurum ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq həyata keçirildiyini bildirən Qulam İsakzai BMT-nin Azərbaycan hökuməti ilə mövcud olan tərəfdaşlıq əlaqələrini gücləndirmək niyyətində olduğunu dedi. O, ölkəmizdə gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını bildirdi, yoxsulluğun azaldılması, infrastrukturun yenidən qurulması istiqamətində əldə olunan nailiyyətlərin önəmini vurğuladı. Ötən səfərindən keçən dövr ərzində ölkəmizdə mühüm dəyişikliklərin şahidi olduğunu qeyd edən Qulam İsakzai bu inkişafa ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında nail olunduğunu vurğuladı. Təşkilatın ölkəmiz ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu bildirən Qulam İsakzai BMT-nin Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi işinə dəstək verə biləcəyinə ümidvar olduğunu dedi.

Prezident İlham Əliyev ölkəmiz ilə BMT arasında çox fəal əməkdaşlıq əlaqələrinin olduğunu məmnunluqla qeyd etdi. Yoxsulluğun azaldılmasının ən böyük nailiyyətlərimizdən biri olduğunu deyən dövlətimizin başçısı bütün ölkə miqyasında yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində iş aparıldığını, məşğulluğun yeni mexanizmlərinin təqdim olunduğunu, sosial proqramların həyata keçirildiyini bildirdi, görülən tədbirlərin yoxsulluğun aradan qaldırılması işinə böyük töhfə verəcəyini qeyd etdi. Qarşıya qoyulmuş məqsədlərə qısa müddət ərzində nail olunması üçün təşkilatın ölkəmizin müvafiq qurumları ilə birgə fəaliyyət göstərməsinin, Azərbaycanın bu istiqamətdə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunmasının ölkəmiz üçün yaxşı təcrübə olduğunu diqqətə çatdırdı. Dövlətimizin başçısı BMT-nin Sivilizasiyalar Alyansının bu yaxınlarda Bakıda keçiriləcək VII Qlobal Forumunun əhəmiyyətinə toxunaraq Azərbaycanın dünyaya təqdim olunması, eyni zamanda, ölkəmizin inkişaf sahəsində qazandığı təcrübəni bölüşməsi baxımından tədbirin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Qulam İsakzaiyə fəaliyyətində uğurlar arzuladı.

SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
18:08
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...

07 noyabr 2024, 18:08
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:06
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Xəzər...

07 noyabr 2024, 18:06
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:04
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...

07 noyabr 2024, 18:04
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
17:10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” ali...

07 noyabr 2024, 17:10
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30