İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olmuşdur

15 aprel 2011, 16:00
İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Astara Gömrük İdarəsində yaradılmış şəraitlə tanış olmuşdur. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev dövlət başçısına raport verdi. Gömrükçülər və sərhədçilər Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlət başçısına məlumat verildi ki, Azərbaycan Prezidentinin 2007-ci il 1 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı”na əsasən, Dövlət Gömrük Komitəsi tərəfindən Astara Gömrük İdarəsinin Astara gömrük sərhəd-keçid məntəqəsi yenidən tikilərək müasir avadanlıqla təchiz olunmuşdur.

Prezident İlham Əliyev sərnişin-nəqliyyat gömrük nəzarəti xəttində avtomobillərin gömrük nəzarətindən keçmə prosesi ilə tanış oldu.

Bildirildi ki, burada hər cür şərait yaradılmış, ən müasir avadanlıq qurulmuşdur.

Dövlət başçısı idxal gömrük nəzarəti xəttində yaradılan şəraitlə tanış olarkən qeyd edildi ki, idxal və ixrac gömrük nəzarəti xətlərinin hər birində eyni vaxtda üç avtomobil gömrük nəzarətindən keçə bilər. Bu xətlərin hər birində elektron növbə sistemi də yaradılmışdır.

“Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Prezident İlham Əliyevin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə burada rəsmiləşdirmə mərkəzi yaradılmış, malların və nəqliyyat vasitələrinin sərhəd-keçid məntəqəsində qeydiyyatının “bir pəncərə” prinsipini tətbiq etməklə həyata keçirilməsi təmin olunmuşdur. Bu da malların və nəqliyyat vasitələrinin məntəqədə qeydiyyatına sərf olunan vaxtın 3 saatdan 15 dəqiqəyədək azaldılmasına imkan vermişdir.

Dövlət başçısı Astara Gömrük İdarəsinin əvvəlki və yeni görüntülərini əks etdirən fotostendə baxdı.

Astara Gömrük İdarəsinin inzibati binası ilə tanış olan Prezident İlham Əliyev burada piyadaların gediş-gəliş xətlərində, gömrük yoxlama məntəqələrində yaradılan şəraitlə də maraqlandı.

Qeyd edildi ki, burada iş müasir prinsiplər əsasında qurulmuş, hər cür şərait yaradılmışdır. Mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin müasir standartlar səviyyəsində həyata keçirilməsi üçün Astara gömrük sərhəd-keçid məntəqəsində xüsusi yoxlama və baxış yerləri ayrılmış, fiziki şəxslər üzərində gömrük nəzarəti zonası müəyyən edilmiş, eyni zamanda, yoxlama prosedurunun keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə mobil tipli müasir yük yoxlama sistemi istifadəyə verilmişdir.

İnzibati binada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində gördükləri işləri əks etdirən fotostendlər qurulmuşdur.

Dövlət başçısı inzibati binada ölkə üzrə sərhəd-keçid məntəqələrində gedən iş prosesini canlı olaraq izlədi. Məlumat verildi ki, Astara Gömrük İdarəsinə daxil olan bütün strukturların da fəaliyyətini izləmək mümkündür. Bu da iş prosesinin şəffaflığına geniş imkanlar açır. İnzibati binada 75 nəfərlik iclası zalı və konfrans zalı da yaradılmışdır.

Sonra Prezident İlham Əliyev binanın eyvanından ətrafı seyr etdi. Qeyd olundu ki, burada geniş abadlıq işləri aparılmış, istirahət guşələri yaradılmışdır.

Daha sonra dövlət başçısı Gömrük Tədris Mərkəzinin fəaliyyəti ilə tanış oldu. Burada Heydər Əliyev xatirə otağı yaradılmış, ulu öndərin büstü qoyulmuş, görkəmli dövlət xadiminin xatirəsinə həsr olunan kitablar toplanmışdır. Mərkəzdə, həmçinin videokonfrans, tədris otaqları, akt zalı vardır. İnzibati binada idman zalı da yaradılmışdır ki, burada işçilərin istirahəti üçün hər cür şərait vardır.

İdarənin fəaliyyəti ilə yaxından tanış olan Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, 2009-cu ildə Astara gömrük sərhəd-keçid məntəqəsinin ümumi yük dövriyyəsi 296,6 min ton təşkil etmişdir ki, bundan 108,4 min ton idxalın, 50,2 min ton ixracın, 138 min tonu tranzit yüklərin payına düşmüşdür. Astara gömrük sərhəd-keçid məntəqəsindən il ərzində 25 min 849 nəqliyyat vasitəsi keçmişdir. Ötən il məntəqənin ümumi yük dövriyyəsi 1,32 milyon ton təşkil etmişdir ki, bunun 720,65 min tonu idxalın, 120,50 min tonu ixracın, 477,47 min tonu isə tranzit yüklərin payına düşür. Astara gömrük sərhəd-keçid məntəqəsinin yenidən qurulması yük dövriyyəsini və məntəqənin buraxılış qabiliyyətini dörd dəfə artırmağa imkan vermişdir. İkinci nəzarət operatorunda sənədlərin təkrar yoxlanılması həyata keçirilir.

Sonra dövlət başçısı Astara Gömrük İdarəsində müasir memarlıq üslubunda tikilmiş “Az Duty Free Shops” - Rüsumsuz Ticarət Mərkəzi ilə tanış oldu. Bildirildi ki, mərkəzin birinci mərtəbəsində əsasən yeyinti məhsulları, ikinci mərtəbədə isə elektrik məişət əşyaları istehlakçılara təqdim olunur.

Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda Astara Gömrük İdarəsində 205 nəfər daimi işlə təmin olunmuşdur.

Dövlət başçısı görülmüş işlərdən razılığını bildirdi, tövsiyə və tapşırıqlarını verdi. Sonda xatirə şəkli çəkdirildi.
 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 18 noyabr 2026
14:24
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...

18 noyabr 2026, 14:24
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:46
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:               

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...

17 noyabr 2026, 15:46
SƏNƏDLƏR Fərmanlar 17 noyabr 2026
15:44
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 499-VIIQD nömrəli Qanununun tətbiqi və “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...

17 noyabr 2026, 15:44
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:43
Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:                                               

Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...

17 noyabr 2026, 15:43
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:41
“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                              

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...

17 noyabr 2026, 15:41
SƏNƏDLƏR Qanunlar 17 noyabr 2026
15:40
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:                                                          

2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...

17 noyabr 2026, 15:40
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30