17:29

Prezident İlham Əliyev Astarada Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.
Dövlət başçısı Mərkəzin açılışını bildirən lenti kəsdikdən sonra yaradılmış şəraitlə tanış oldu.
Bildirildi ki, Azərbaycanın bütün bölgələri kimi, Astara rayonunun da inkişafının bütöv bir mərhələsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin yenidən ölkənin siyasi rəhbərliyinə qayıdışı bütün respublikada olduğu kimi, Astaranın da inkişafında mühüm rol oynamışdır. Ümummilli liderin vətənimiz və xalqımız qarşısındakı xidmətlərini Astara rayonunun ictimaiyyəti daim ehtiramla yad edir, onun xatirəsinin əbədiləşdirilməsi üçün tədbirlər görülür. Astarada inşa olunan Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.
Prezident İlham Əliyevə məlumat verildi ki, orijinal memarlıq üslubunda tikilən Heydər Əliyev Mərkəzinin inşasına bu ilin yanvarında başlanılmışdır. İkimərtəbəli binanın girişində ulu öndərin büstü qoyulmuşdur.
Dövlət başçısı Mərkəzin birinci mərtəbəsində ümummilli liderin mənalı həyatını və zəngin siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin və məlumatların yer aldığı tablolara, geniş ekranlı monitora baxdı.
Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan bölmələrdə ulu öndərin uşaqlıq və gənclik dövrlərini əks etdirən fotoşəkillər, 1969-1982-ci illərdə respublikamızın sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatındakı quruculuq işlərindən bəhs edən materiallar toplanmışdır. Qiymətli eksponatlar arasında ümummilli liderin respublikamıza rəhbərlik etdiyi müxtəlif illərdə geniş ictimaiyyətin nümayəndələri, əmək adamları ilə görüşlərini əks etdirən fotolar yer almaqdadır. Burada dahi rəhbərin təhsil, mədəniyyət, səhiyyə, idman, ordu quruculuğu və neft strategiyasına göstərdiyi qayğını əks etdirən fotolar da nümayiş olunur.
Sonra dövlətimizin başçısı Mərkəzin ikinci mərtəbəsində yaradılmış şahmat, təsviri sənət, dekorativ tətbiqi sənət studiyaları və elektron kitabxana ilə tanış oldu.
Məlumat verildi ki, elektron kitabxananın fondunda 3500 kitab toplanmışdır. Buradakı 20 kompyuter vasitəsi ilə oxucular Milli Kitabxananın elektron kitabxanasında olan 11 min 416 elektron kitabdan istifadə edə bilərlər. Elektron kataloqda isə 149 min 983 kitabın biblioqrafik göstəricisi üzrə axtarış aparmaq mümkündür. Burada, həmçinin Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncama əsasən latın qrafikalı əlifba ilə nəşr olunmuş 500-dək kitabın elektron versiyasından istifadə etmək mümkündür. Kitabxanada “Avropa kitabxanaları” elektron kataloqdan 48 ölkənin toplu kataloqu vasitəsilə axtarış aparmaq mümkündür. Milli Kitabxananın saytı vasitəsilə 21 xarici ölkə kitabxanaları ilə əlaqələr mövcuddur. Dekorativ tətbiqi sənət studiyasında miniatür xalçalar toxunacaq, həmçinin gənclər üçün xalçalıq kursları təşkil ediləcəkdir. Dekorativ tətbiqi sənət studiyasında gün ərzində 20-30 gənc bu qədim sənətə yiyələnmək üçün kurs keçəcəklər. Vurğulandı ki, bu addım həm də Astarada xalçaçılıq sənətinin inkişafına xidmət edəcəkdir. Şahmat studiyasında isə uşaqlar həm şahmat, həm də dama ilə məşğul olacaqlar. Burada məşğələlərlə yanaşı, yarışlar da keçiriləcəkdir. Gənclərin rəssamlıqla məşğul olmaları üçün Mərkəzdə təsviri sənət studiyası yaradılmışdır. Buradakı hərtərəfli şərait, eyni zamanda, 14 nəfərin təsviri sənətlə məşğul olmasına imkan verir. Mərkəz gənc nəslin dünyagörüşünün, bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacaqdır.
Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazdı.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.







Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 16-cı və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəll...
17 noyabr 2026, 15:43Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan ...
17 noyabr 2026, 15:41Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
2026-cı il avqustun 23-də Daşkənd şəhərində imzalanmış ...
17 noyabr 2026, 15:40Azərbaycan Respublikası Prezidentinin
2026-cı il 16 noyabr tarixli Fərmanı ilə
təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “Bir pəncərə” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını m...
16 noyabr 2026, 13:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...
16 noyabr 2026, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...
16 noyabr 2026, 13:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...
16 noyabr 2026, 13:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...
16 noyabr 2026, 13:21