15:05
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib.
09 may 2025, 15:05Prezident İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedev ilə təkbətək görüşü olub.
Prezident İlham Əliyev Rusiya Hökumətinin Sədri Dmitri Medvedevi qarşıladı.
Azərbaycan Prezidenti və Rusiya Hökumətinin Sədri birgə foto çəkdirdilər.
Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli Dmitri Anatolyeviç, Sizi Azərbaycanda ürəkdən salamlayıram. Xoş gəlmisiniz.
Sizin səfəriniz Rusiya ilə Azərbaycan arasında dostluq, mehriban qonşuluq münasibətlərinin daha da möhkəmlənməsi işinə xidmət edəcək. Bizim dinamik, intensiv inkişaf edən münasibətlərimizin çox geniş gündəliyi strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Sizin səfəriniz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi dövrünə düşüb. Təəssüf ki, bu münaqişə illər boyu öz həllini tapmayıb və biz erməni tərəfin silahlı provokasiyaları ilə vaxtaşırı üzləşirik. Bu ayın əvvəlində ermənilər tərəfindən növbəti bu cür cəhd göstərilib. Azərbaycanın yaşayış məntəqələri atəşə tutulub, dörd yüzdən çox ev zədələnib, insan tələfatı olub, o cümlədən dinc sakinlər arasında da ölənlər var. Hərbi provokasiyaların qarşısını almaq, atəşkəs rejimini bərpa etmək üçün Azərbaycan tərəfi cavab tədbirləri görməyə məcbur olub.
Vəziyyətin gərginliyinin səngidilməsi üçün vaxtında həyata keçirilmiş çox fəal tədbirlərə görə Rusiya rəhbərliyinə təşəkkürümü bildirmək istərdim. Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin mənə və Ermənistan prezidentinə zəng vurub. Rusiya Federasiyası Baş Qərargahının rəisi də iki ölkənin qərargah rəisləri ilə əlaqə saxlayıb. Onların vasitəçilik səyləri sayəsində atəşkəs bərpa olunub, hərçənd qarşı tərəf buna heç də həmişə riayət etmir. Bütövlükdə, son günlərdə gərginliyin səngidiyini görürük və hesab edirik ki, bu, müsbət dinamikadır. Qeyd etməliyəm ki, Azərbaycan bu münaqişənin sülh və siyasət yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qərarlarına uyğun olaraq tənzimlənməsinin tərəfdarıdır.
Sizin səfəriniz, həmçinin digər məsələləri də müzakirə etmək üçün yaxşı imkandır. Münasibətlərimizin gündəliyinə ticari-iqtisadi, energetika, nəqliyyat və humanitar sahələr daxildir. Demək istəyirəm ki, ölkələrimiz arasında münasibətlər çox yaxşı dinamika nümayiş etdirir, dostluq, səmimiyyət və qarşılıqlı hörmətlə fərqlənir. Bir daha xoş gəlmisiniz.
X X X
Rusiya Hökumətinin Sədri Dmitri MEDVEDEV dedi:
-Hörmətli İlham Heydər oğlu. İlk növbədə görüşüb söhbət etmək imkanına görə təşəkkür edirəm.
Mən çoxdandır ki, Sizin ölkənizdə olmamışam. Aydındır ki, belə səfərin vaxtı çatmışdı. Sizin haqlı olaraq dediyiniz kimi, ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. İqtisadi, humanitar sahələrdə xeyli birgə layihələr, müzakirə etdiyimiz çoxsaylı siyasi məsələlər var. Buna görə, aydındır ki, bu səfərdən həmin məqsədlər üçün maksimum dərəcədə faydalanmaq lazımdır. Əlbəttə ki, indi vəziyyət o qədər də sadə deyil. Siz Ermənistan ilə Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsini xatırlatdınız. Gizlətmirəm ki, əlbəttə, bu məsələ bizi ciddi narahat edir. Ona görə ki, bizim üçün hər iki dövlətlə münasibətlər son dərəcə vacibdir. Bütün bu müddətdə biz Minsk qrupunun iştirakçısı, cavabdeh dövlət, Təhlükəsizlik Şurasının daimi üzvü kimi Birləşmiş Millətlər Təşkilatı çərçivəsində formalaşdırılmış prosedurlara, digər yanaşmalara tərəfdarıq.
Ümid edirik ki, hazırda yaranmış sülh uzunmüddətli olacaq və tərəflər tənzimlənmə məsələlərinin müzakirəsini danışıqlar masası arxasında davam etdirə biləcəklər.
Mən özüm vaxtilə buna müəyyən səylər göstərmişəm. Siz bunu yaxşı xatırlayırsınız. İstərdim ki, bütün bunlar puç olmasın. Hər halda şübhə etməyə bilərsiniz ki, Rusiya Federasiyası özündən asılı olan hər şeyi edəcək. Sizə Vladimir Vladimiroviç Putinin salamlarını və ən xoş arzularını çatdırıram.
Həqiqətən məsləhətləşmələr olub və davam edir. Biz Sizinlə digər məsələlər kimi, bu mövzuda da danışacağıq. Çünki ölkələrimiz arasında münasibətlər həqiqətən çoxtərəflidir və müzakirə etməyə həmişə mövzu var. Görüşə görə çox sağ olun.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılışında iştirak edib.
09 may 2025, 15:05Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
09 may 2025, 14:40Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
09 may 2025, 14:01Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər.
09 may 2025, 13:55Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.
09 may 2025, 13:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40