İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dalia İtzikdən

06 aprel 2016, 19:24

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Bu ağır günlərdə dəstəyimizi ifadə etmək və xalqlarımız arasında güclü dostluğu vurğulamaq üçün Sizə yazmağı vacib bildim.

Son günlərin hadisələri zamanı insan itkisi ilə əlaqədar dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmağı arzu edirəm.

Təəssüflə deməliyəm ki, mənim xalqım da münaqişənin və onun nəticələrinin nə olduğunu yaxşı bilir. İllər ərzində xalqlarımız əsgərlərimizin və mülki vətəndaşlarımızın canı bahasına böyük problemləri həll etməyi öyrəniblər.

İndi Sizin gözəl ölkəniz yeni çağırışla üzləşib. Lakin təcrübəmiz bizə inanmağı və heç vaxt qorxmamağı öyrədib. Şübhə etmirəm ki, Siz güclü rəhbərliyiniz və müdrikliyiniz ilə xalqınızı hamı üçün sülh və əmin-amanlıq illəri təmin edəcək düzgün yolla aparacaqsınız.

İcazə verin, bir daha əsl dost kimi həqiqi dəstəyimizi və fikirlərimizi ifadə edim.

Hörmətlə,

Dalia İtzik

İsrailin keçmiş Prezidenti və parlamentin sabiq spikeri,

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55