13:09

Sizi salamlayıram, xoş gördük. Qobustan qəsəbəsinin inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. İndi işlər başlayıbdır. Birinci mərhələdə biz yolların çəkilişi ilə məşğul olacağıq. Çünki buna böyük ehtiyac var. Qobustan qəsəbəsinin yollarının, demək olar ki, hamısı torpaq yollardır. Asfalt salınmayıb, keçmişdə də olmayıb, indi də yoxdur. Əlbəttə, bu, böyük çətinliklər yaradır. Çünki yağış yağanda, qar yağanda bu yollardan keçmək mümkün deyil. İndi mən maşınla gələndə görürdüm, sağ-soldakı küçələrin hamısı torpaq yollardır. Ona görə biz bu gün bu işlərə başlayırıq. Bütün küçələr asfaltlanacaqdır. Bu işlər mərhələlərə bölünübdür. Hər bir mərhələdə müəyyən qədər işlər görülməlidir.
Bütövlükdə Bakı şəhəri qəsəbələrinin inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. Keçən ayın əvvəlində böyük müşavirə keçirilmiş, göstərişlər verilmiş, proqram hazırlanmışdır. Bu ay proqram təsdiq olunacaq və onun icrası nəticəsində qəsəbələrin hamısında bütün infrastruktur məsələləri və sosial məsələlər öz həllini tapacaqdır.
İlk növbədə isə yollar. Çünki buna ən böyük ehtiyac var. Ondan sonra işıq dirəkləri qoyulacaq. Qəsəbə yolları, demək olar ki, işıqlandırılmır, axşamlar qaranlıq olur. Sosial obyektlərə gəldikdə, mənə indi məlumat verildi ki, məktəb tikintisinə ehtiyac var. Xəstəxana çox bərbad vəziyyətdədir. Deyə bilərəm ki, dözülməz vəziyyətdədir. Bu məsələləri biz operativ şəkildə həll edəcəyik.
Bütövlükdə ölkəmizdə böyük quruculuq işləri aparılır. Hər bir bölgəyə, hər bir rayona dair xüsusi proqramlar var. Belə olan halda, Bakı qəsəbələrinin inkişafı ilə bağlı, əlbəttə ki, daha da ciddi tədbirlər görülməlidir.
Son illər ərzində müəyyən işlər görülübdür. Məktəb tikintisi, tibb məntəqələrinin tikintisi layihələri icra olunubdur. Ancaq növbəti illərdə daha da genişmiqyaslı işlər görülməlidir. Bax, indi Bakı-Ələt yolu dünyanın ən yüksək standartlarına cavab verir. Hətta işıq dirəkləri də qurulur. Baxmayaraq ki, dünya təcrübəsində magistral yollarda işıq olmur. Amma biz bunu da edirik. Qəsəbədaxili yollar da elə olmalıdır. Qəsəbələrarası yollar yaxşı olmalıdır. Yəni insanların rahatlığı üçün, işləməsi üçün, yaxşı yaşaması üçün bütün işləri biz görürük. Bu, birinci addımdır. Bundan sonra daha da böyük işlər görüləcəkdir. Yenə də demək istəyirəm ki, qəbul olunacaq proqram bütün qəsəbələri əhatə edəcək və hər bir qəsəbə üçün ayrıca iş qrafiki tərtib olunacaqdır. Bu, böyük bir işdir. Çünki Bakının ətrafında 40-dan çox qəsəbə var. O qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Necə deyərlər, - mən bir dəfə demişəm, - özlüyündə böyük bir şəhər boyda qəsəbələrdir. Əlbəttə ki, bu işləri görmək üçün böyük vəsait və vaxt tələb olunacaqdır. Ancaq mən istəyirəm ki, bütün bu işləri maksimum qısa müddət ərzində görək. Əlbəttə ki, burada yerli icra orqanlarının fəaliyyətindən çox şey asılı olacaqdır. Eyni zamanda, qəsəbə sakinləri də bütün bu gözəl təşəbbüslərə qoşulmalı, fəal iştirak etməlidirlər. Həm də öz təkliflərini, iradlarını bildirməlidirlər ki, hansı məsələlər daha da tez həll olunmalıdır, hansı məsələlər narahatlıq doğurur, harada biz nəyi düzəltməliyik, nəyi etməliyik. Yəni bu bağlantı olmalıdır ki, biz də tam məlumat əldə edək ki, işlər hansı ardıcıllıqla görülməlidir.
Bu gün mən gəlmişəm ki, həm işin başlanğıcı ilə tanış olum, həm sizdən eşidim ki, - istəyiniz nədir, arzularınız nədir, biz nə etməliyik ki, işlər sürətlə və maksimum səmərə ilə aparılsın.
Aprelin 23-də Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinin və birinci xanım Pen Liyuanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi ziyafət verilib.
23 aprel 2025, 12:15Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji...
23 aprel 2025, 10:57Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38