Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28 mart 2016, 18:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin:

Komissiyanın sədri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri

Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini

Akif Əli Zadə – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Abbas Ələsgərov – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Arif Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri

İsmayıl Sadıqov – Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri

İbrahim Quliyev – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli – Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsmayıl Hacıyev – Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Əhliman Əmiraslanov – Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb elmləri bölməsinin akademik-katibi

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Altay Hacıyev – xalq rəssamı

Arif Məlikov – xalq artisti

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Mövlud Süleymanlı – xalq yazıçısı

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri

2. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 dekabr tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1515) 1-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 mart 2016-cı il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55