Sabunçu rayonu Zabrat qəsəbəsinin sakinləri ilə görüş zamanı İlham Əliyevin nitqi

31 mart 2011, 19:05
Sabunçu rayonu Zabrat qəsəbəsinin sakinləri ilə görüş zamanı İlham Əliyevin nitqi

Bildiyiniz kimi, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi problemləri həll olunur. Ümid edirəm ki, aprel ayında müvafiq proqram qəbul ediləcəkdir. Bir müddət bundan əvvəl geniş müşavirə keçirildi, qarşıya vəzifələr qoyuldu. Əsas məqsəd ondan ibarət idi ki, Bakıətrafı qəsəbələrdə bütün sosial-iqtisadi məsələlər öz həllini tapsın. Proqram qəbul olunandan sonra əlbəttə ki, dövlət büdcəsində əlavə vəsait nəzərdə tutulacaqdır. Bu məqsədlə dövlət büdcəsinə düzəlişlər də edilməlidir. Çünki büdcəmiz keçən il qəbul edilmişdir və bu proqram nəzərdə tutulmurdu. Düzəlişlər ediləndən sonra artıq dövlət büdcəsinin imkanları çərçivəsində proqram icra olunmağa başlanacaqdır.

Onu da qeyd etməliyəm ki, keçən müddət ərzində müəyyən işlər görülmüşdür. Qəsəbələrdə məktəb tikintisi sürətlə aparılmışdır, tibb məntəqələri tikilmişdir. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma prosesləri getmişdir. Yəni, müəyyən işlər görülmüşdür. Ancaq mən çox istərdim ki, bu işlər daha da sürətlə və daha da keyfiyyətlə görülsün. Qəsəbələrdə yaşayan bütün insanlar maksimum şəraitlə təmin olunsunlar. İndi proqram hazırlanır və bu proqram bütün qəsəbələri əhatə edəcəkdir. Çox böyük bir proqramdır. Hazırda qəsəbələrdə yaşayan əhalinin sayı 800 mindən çoxdur. Bu, özlüyündə böyük şəhərdir. Bu qəsəbələrdə yaşayan insanlar bir daha demək istəyirəm ki, ən yüksək standartlarla təmin olunmalıdırlar. Amma bu məsələnin həllinin çox sürətlə getməsini nəzərə alaraq, bir müddət bundan əvvəl Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə vəsait ayrılmışdır ki, təxirəsalınmaz tədbirlər görülsün. Bu gün bu yolun çəkilişi verilmiş o vəsaitin hesabınadır. Artıq müəyyən işlər görülmüşdür. Bu yol ümumiyyətlə yox idi, burada torpaq yollar var idi. Yəni biz bütün bu yolları yenidən qurmalıyıq, yenidən tikməliyik.

Əlbəttə, proqram təkcə yolların tikintisi ilə məhdudlaşmayacaqdır, geniş tədbirlər görüləcəkdir. Qəsəbədə qaz, işıq, su problemləri həll olunubdur. Bu da böyük bir nailiyyətdir. Kanalizasiya problemləri var, o da həll olunacaqdır. Çünki bilirsiniz, ölkəmizdə gedən quruculuq-abadlıq işləri hər bir bölgədə öz müsbət təsirini göstərmişdir. Regionların sosial-iqtisadi inkişaf proqramı vardır və icra edilir. Eyni zamanda, Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafı proqramının yeni mərhələsi başlanmalıdır. Mən hesab edirəm ki, birinci mərhələdə 2011-2013-cü illər əhatə olunmalıdır. Ancaq artıq o proqramı hazırlayanlar məlumat verirlər ki, iki il ərzində nəzərdə tutduğumuz məsələləri həll etmək üçün vaxt bizə imkan verməyəcəkdir. Ona görə ola bilsin ki, 2011-2013-cü illərdən əlavə 2013-2018-ci illəri əhatə edəcək proqram da hazırlanmalıdır. Bu proqramın icrası nəticəsində bütün qəsəbələrdə ən müasir infrastruktur yaradılacaq, ən yüksək standartlar tətbiq olunacaq və qəsəbələrin inkişafı üçün bütün lazım olan məsələlər öz həllini tapacaqdır.

Bununla bərabər, İqtisadi İnkişaf Nazirliyinə göstəriş verilmişdir ki, qəsəbələrdə yaşayan iş adamları üçün əlavə şərait yaradılsın. Güzəştli şərtlərlə kreditlər verilsin, burada iş yerləri yaradılsın, yeni müəssisələr açılsın ki, işsizliyin də aradan qaldırılması üçün əlavə şərait yaradılsın.

Bütövlükdə ölkəmizdə işsizliyə qarşı mübarizə çox ciddi gedir. Demək olar ki, hər bir bölgədə yeni müəssisələr, minlərlə iş yerləri, yeni zavodlar, fabriklər açılmışdır. Bu gün bizim iqtisadi və sənaye potensialımızın güclənməsində bunun çox böyük rolu vardır.

Bu gün isə mən gəldim özüm görüm ki, işlər necə gedir. Çox ümid edirəm ki, verilən bütün tapşırıqlar yerinə yetiriləcəkdir. Sizdən və bütün qəsəbələrin sakinlərindən xahiş edirəm ki, bu proqramın icrası ilə bağlı olan məsələləri Prezident Administrasiyasına da göndərsinlər. Əgər hər hansı bir irad varsa, narazılıq varsa, mütləq bizim xəbərimiz olmalıdır ki, bütün bu məsələlər lazımi səviyyədə görülsün. 

SƏNƏDLƏR Sərəncamlar 02 iyun 2025
15:49
“Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 10 avqust tarixli 437 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya...

02 iyun 2025, 15:49
SƏNƏDLƏR Fərmanlar 02 iyun 2025
15:47
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 179-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

02 iyun 2025, 15:47
SƏNƏDLƏR Qanunlar 02 iyun 2025
15:45
“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 15-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda...

02 iyun 2025, 15:45