İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

05 mart 2016, 14:00
İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizə ötən səfərlərini və həmin səfərlər çərçivəsində Prezident İlham Əliyev ilə görüşlərini xatırladı, bu görüşlər zamanı müzakirə olunan bir çox məsələlər, o cümlədən vizaların verilməsi, aşağı büdcəli uçuşların həyata keçirilməsi ilə bağlı işlərin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilməsini məmnunluqla qeyd etdi. Qonaq hər səfərində şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını dedi.

BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə keçirdikləri görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı Azərbaycanda turizmin inkişafına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirdi, qonağın verdiyi məsləhətlərin bu baxımdan önəmini qeyd etdi. Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyinin, gözəl təbiətinin yaxşı imkanlar yaratdığını dedi. Dövlətimizin başçısı dünyada iqtisadi böhranın mövcud olduğu indiki zamanda turizm sahəsinin yeni iş yerlərinin yaradılması, ölkəyə maliyyə axınının təmin edilməsi və digər məsələlər baxımından əhəmiyyətini qeyd edərək Azərbaycanda turizm sektorunda islahatların davam etdirildiyini bildirdi. Dövlətimizin başçısı görülən işlər nəticəsində Azərbaycana səfər edəcək turistlərin sayının daha da artacağına ümidvar olduğunu söylədi.

Görüşdə Azərbaycanda turizm xidmətlərinin genişləndirilməsi, turizmin iqtisadiyyatın digər sahələri ilə əlaqələndirilməsi, ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
18:08
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...

07 noyabr 2024, 18:08
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:06
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Xəzər...

07 noyabr 2024, 18:06
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:04
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...

07 noyabr 2024, 18:04
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
17:10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” ali...

07 noyabr 2024, 17:10
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30