İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

29 fevral 2016, 13:40
İlham Əliyev Türkiyənin enerji və təbii sərvətlər nazirini qəbul edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrakı qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. TANAP layihəsinin cədvələ uyğun olaraq uğurla həyata keçirildiyi vurğulandı, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo