15:05

Prezident İlham Əliyev Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohammed Hussein Hasan Zarougun etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir Mohammed Hussein Hasan Zaroug etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Səfir Mohammed Hussein Hassan Zaroug Prezident İlham Əliyev kimi nüfuzlu şəxsiyyətin rəhbərlik etdiyi Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu bildirdi. Səfir Sudan Prezidenti Ömər Hassan əl-Bəşirin salamlarını və dərin ehtiramını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Ölkələrimiz arasında ümumi dəyərlərin mövcud olduğunu qeyd edən sudanlı diplomat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi ilə bağlı ölkəmizin hüquqlarını, eləcə də Azərbaycanın İslam Konfransı Təşkilatı və BMT-yə təqdim etdiyi qətnamələri ölkəsinin dəstəklədiyini bildirdi. Sudanın Azərbaycanla iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edən Mohammed Hussein Hasan Zaroug ölkəmizin neft sahəsində böyük təcrübəyə malik olmasını nəzərə alaraq, Azərbaycanın Sudanın neft sənayesinin inkişafı ilə bağlı təcrübəsinin bölüşdürülməsində və Azərbaycanın Sudanın energetika sahəsinə sərmayə qoyulmasında ölkəsinin maraqlı olduğunu dedi. Sudanın neft sənayesində hazırda yüksək vəzifələri tutan xeyli sayda mütəxəssisin vaxtilə Azərbaycanda təhsil aldığını vurğulayan səfir, sudanlı tələbələrin yenidən ölkəmizdə təhsil almaları ilə bağlı müqavilənin imzalanmasının zəruriliyini də bildirdi.
Ölkəmizlə münasibətlərə dair səfirin fikirlərinə razılığını bildirən dövlətimizin başçısı beynəlxalq təşkilatlarda Sudanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü və ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsini yüksək qiymətləndirdi.
Dövlət başçısı Prezident Ömər Hassan əl-Bəşirin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sudan dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...
09 may 2025, 10:56Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
09 may 2025, 10:54Hörmətli cənab Federal Kansler,
Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar...
09 may 2025, 10:52Hörmətli cənab Prezident,
Ekvador Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Ekvador arasında dostluq...
09 may 2025, 10:50Zati-müqəddəsləri.
Roma Papası seçilməyiniz münasibətilə Sizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi,...
09 may 2025, 10:40