15:10
Mayın 16-da Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
16 may 2025, 15:10Prezident İlham Əliyev Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayteri və Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarskini qəbul edib.
Dövlətimizin başçısı “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin ikinci fazasının təqdimatı ilə bağlı keçirilən konfransın əhəmiyyətini qeyd etdi. Bütün sahələrdə işlərin planlaşdırılmasında, iqtisadi inkişafa nail olunmasında dəqiq statistikanın rolunu xüsusi vurğulayan Prezident İlham Əliyev ölkəmizin statistika sistemində islahatların aparılmasının önəmindən danışaraq bu baxımdan Tvinninq layihəsinin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi.
Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski layihənin birinci fazasının icrası zamanı ölkəmizdə Tvinninq üzrə rezident-müşavir vəzifəsində çalışdığı müddətdə görülən işlərdən danışdı.
Almaniya Federal Statistika İdarəsinin prezidenti Diter Sarrayter səmərəli siyasətin işlənib hazırlanmasında düzgün statistik məlumatların əldə edilməsi və istifadə olunmasının vacibliyinə toxundu, bu sahənin təkmilləşdirilməsinin əhəmiyyətini vurğuladı.
Mayın 16-da Tiranada “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyası keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
16 may 2025, 15:10Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Pakistanın Baş naziri dövlətimizin başçısına Hindistanın ölkəsinə qarşı hərbi hücumları və...
15 may 2025, 13:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Dövlət qulluqçularının əlavə təhsili ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11...
15 may 2025, 12:20Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin...
15 may 2025, 11:50Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 12-ci, 13-cü, 15-ci, 20-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi...
15 may 2025, 11:48Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis...
15 may 2025, 11:46PDF yükləyin
15 may 2025, 11:44Azərbaycan Respublikasının
2025-ci il 1 may tarixli Qanunu ilə
təsdiq edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə...
15 may 2025, 11:42Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Kontitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”...
15 may 2025, 11:40