İlham Əliyev Qvatemalanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

10 mart 2011, 16:20
İlham Əliyev Qvatemalanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

Prezident İlham Əliyev Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arturo Duarte Ortizin etimadnaməsini qəbul etmişdir.

Səfir fəxri qarovul dəstəsinin önündən keçdi.

Səfir Arturo Duarte Ortiz etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Dövlət başçısı Azərbaycan ilə Qvatemala arasında BMT çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu vurğuladı. Siyasi sahədə münasibətlərimizin səviyyəsindən razılığını bildirən Azərbaycan Prezidenti ölkələrimiz arasında müxtəlif istiqamətlərdə yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinin, qarşılıqlı ticarət əlaqələrinin qurulması üçün imkanların araşdırılmasının zəruriliyini vurğuladı. Prezident İlham Əliyev əməkdaşlığımızın inkişaf etdirilməsi üçün xalqlarımızın arasında münasibətlərin möhkəmləndirilməsinin vacibliyini bildirdi.

Səfir Arturo Duarte Ortiz Qvatemala Respublikasının Prezidenti Alvaro Kolom Kabayerosun salamlarını dövlətimizin başçısına çatdırdı. Qvatemalanın Azərbaycan ilə siyasi münasibətlərinin razılıq doğurduğunu deyən səfir ölkələrimiz arasında digər sahələrdə də yaxşı əlaqələr qurmaq üçün əməkdaşlıq imkanlarının araşdırılmasının zəruriliyini qeyd etdi.

Prezident İlham Əliyev Qvatemala Prezidenti Alvaro Kolom Kabayerosun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qvatemala dövlətinin başçısına çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:10
“Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi...

11 fevral 2025, 16:10
SƏNƏDLƏR Fərmanlar 11 fevral 2025
16:08
“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il dekabrın 21-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında...

11 fevral 2025, 16:08
SƏNƏDLƏR Sərəncamlar 11 fevral 2025
16:04
“Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28...

11 fevral 2025, 16:04
SƏNƏDLƏR Fərmanlar 07 fevral 2025
15:39
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanında və “Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında” 1997-ci il 30 aprel tarixli 560 nömrəli, “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan...

07 fevral 2025, 15:39
SƏNƏDLƏR Sərəncamlar 07 fevral 2025
15:37
A.R.Əliyevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Anar Rəhim oğlu Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin...

07 fevral 2025, 15:37