17:00

Prezident İlham Əliyev Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Edmond Hacinaston Albaniyanın Baş naziri Sali Berişanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərinin onda dərin təəssürat yaratdığını vurğulayaraq Azərbaycanda gedən sürətli inkişaf proseslərini respublikamızın düzgün istiqamətdə irəliləməsinin göstəricisi kimi dəyərləndirdi. Nazir Albaniya ilə Azərbaycan arasında hərtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu dedi. Edmond Hacinaston bildirdi ki, Azərbaycan ilə Albaniya arasında mövcud olan siyasi münasibətlər əlaqələrimizi həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha da genişləndirə bilər. Ölkələrimizin bir-birini dəstəkləməkdə davam edəcəyini vurğulayan qonaq qarşılıqlı iqtisadi münasibətlərin inkişafı üçün də böyük imkanların olduğunu dedi.
Ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın Albaniya ilə ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Albaniyanın yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq, Albaniya Prezidenti ilə dostluq münasibətində olduğunu bildirdi. Azərbaycan ilə Albaniya arasında fəal dialoqun mövcudluğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bir-birini dəstəkləməsinin və güclü əməkdaşlıq əlaqələri yaradılmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev Albaniya Baş nazirinin müavini, xarici işlər naziri Edmond Hacinastonun ölkəmizə səfərinin azərbaycanlı həmkarları ilə əməkdaşlığımızın inkişafına dair gələcək planların müzakirə edilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə etdi.
Dövlət başçısı Albaniyanın Baş naziri Sali Berişanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş etdi.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Bakı Dövlət Universitetinin rektoru təyin edilsin. ...
19 noyabr 2026, 10:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Məleykə Mehdi qızı Abbaszadə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin İdarə Heyət...
19 noyabr 2026, 10:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsi...
19 noyabr 2026, 10:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327 (Cild I...
18 noyabr 2026, 14:24Hörmətli cənab Prezident,
Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafı...
18 noyabr 2026, 14:02Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali d...
18 noyabr 2026, 14:00
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununu...
17 noyabr 2026, 15:46Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026...
17 noyabr 2026, 15:44