Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının 1999-2007-ci illərdə Prezidenti Vayra Vike-Freyberqadan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldindən

28 dekabr 2015, 14:40

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,

Sizə doğum gününüz münasibətilə ən xoş arzularımızı çatdırmaqdan, doğmalarınızın və dostlarınızın təbriklərinə qoşulmaqdan məmnunuq. Qoy neçə-neçə belə illər Sizə cansağlığı, xoşbəxtlik və uğur gətirsin.

Bu xoş fürsətdən istifadə edərək, Sizin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə güclü dəstəyinizə və Mərkəzin üzvlərinə göstərdiyiniz xeyirxahlığa görə də səmimi təşəkkürlərimizi çatdırırıq. Biz qəti əminik ki, Sizin rəhbərliyiniz və davamlı dəstəyiniz sayəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daim uğur qazanacaq.

Ən xoş arzularla,

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

Latviya Respublikasının 1999-2007-ci illərdə Prezidenti

İsmail Serageldin

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

Misirin İsgəndəriyyə Kitabxanasının direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55