Ümumrusiya Azərbaycan Konqresi Kalininqrad regional bölməsinin sədri Tofiq Rzayevdən

28 dekabr 2015, 16:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə Ümumrusiya Azərbaycan Konqresi Kalininqrad regional bölməsi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Kalininqrad vilayətində yaşayan azərbaycanlılar qəti əmin olduqlarını bildirirlər ki, Azərbaycan ilə Rusiya arasında tarixin sınağından çıxmış, qarşılıqlı etimad, mehriban qonşuluq və qarşılıqlı faydalı tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətləri iki ölkənin xalqlarının mənafeyi naminə bundan sonra da genişlənəcək və dərinləşəcək.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoş ovqat, ailə səadəti, Azərbaycan Respublikasının Prezidenti kimi ali vəzifədə nəzərdə tutduğunuz bütün planların həyata keçməsini arzulayıram.

Hörmətlə,

Tofiq Rzayev

Ümumrusiya Azərbaycan Konqresi

Kalininqrad regional bölməsinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55