Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin sədri Zərifə Əlizadədən

28 dekabr 2015, 16:15

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Sizi doğum gününüz münasibətilə Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin kollektivi adından və öz adımdan səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırıram.

Azərbaycan xalqının və harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların xoş gələcəyi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişafına yönəlmiş yüksək qayğınız və bu istiqamətdə apardığınız müdrik siyasət hər bir azərbaycanlı üçün xüsusi əhəmiyyət kəsb edir.

Ölkəmizlə bağlı tarixi həqiqətlərin və müstəqillik dövrünün uğurlarının beynəlxalq aləmdə, o cümlədən Balkanlarda təbliğ olunması naminə Mərkəzimizin apardığı fəaliyyət Sizin qətiyyətli xarici siyasət kursunuzdan ilham alır.

Möhtərəm cənab Prezident, bu gözəl gün münasibətilə Sizi bir daha təbrik edir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın çiçəklənməsi naminə apardığınız məsuliyyətli, çətin və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik.

Dərin hörmət və ehtiramla,

Zərifə Əlizadə

Azərbaycanın Serbiyadakı Mədəniyyət

Mərkəzinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55