“Ümumukrayna Ağsaqqallar Şurası” İctimai Birliyinin sədri Anatoli Raxanskidən

26 dekabr 2015, 12:52

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi və xoş təbriklərimizi qəbul edin.

Sizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, çoxşaxəli fəaliyyətinizdə uğurlar arzu edirik.

Qoy, Sizin tükənməz enerjiniz, peşəkarlığınız və məqsədyönlülüyünüz qat-qat artsın və bundan sonra da mühüm dövləti məsələlərin həllində Sizə kömək etsin.

Qoy, həmkarlarınızın və dostlarınızın səmimi və hərtərəfli dəstəyi həmişə Sizinlə olsun.

Mühüm və nəcib əməyinizdə Sizə uzun illər səmərəli fəaliyyət və çoxsaylı vacib işləri başa çatdırmağınızı arzu edirik.

Hörmətlə,

Anatoli Raxanski

“Ümumukrayna Ağsaqqallar Şurası”

İctimai Birliyinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55