RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin kollektivi Dmitri Savelyevdən

24 dekabr 2015, 16:45

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Siz Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olduğunuz bütün illər ərzində xalqın səmimi sevgisini və hörmətini qazanmısınız. Uzaqgörən, strateji baxımdan ölçülüb-biçilmiş siyasətiniz, parlaq rəhbər istedadınız, ən mürəkkəb məsələlərin həllinə həqiqi vətənpərvər kimi yanaşmağınız Sizə həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda böyük nüfuz qazandırıb.

Bu gün biz Sizin müdrik rəhbərliyiniz ilə Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş genişmiqyaslı dəyişikliklərin və əsaslı islahatların, ölkənin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini təmin edən ardıcıl və prinsipial xarici siyasət xəttinin həyata keçirilməsinin şahidləriyik.

Rusiya ilə Azərbaycanın tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəlir.

İcazə verin, qəti əmin olduğumu bildirim ki, xalqlarımızın rifahı naminə Rusiya ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin dinamik inkişafı bundan sonra da davam edəcək.

Sizə möhkəm cansağlığı, tükənməz enerji arzu edir, Azərbaycanın və ölkələrimiz arasında dostluq münasibətlərinin inkişafı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirik.

Dərin hörmətlə,

Dmitri Savelyev

RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri və Rusiya-Azərbaycan Dostluq Mərkəzinin kollektivi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55