Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən

24 dekabr 2015, 13:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Əliyev,

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunam.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə siyasi, iqtisadi və mədəni sahələrdə tərəqqinin, rifahın, o cümlədən əlverişli inkişafın nümunəsidir. Strateji tərəfdaşlar olduğumuz üçün əminliklə deyə bilərəm ki, əməkdaşlığımızın daha da genişləndirilməsi, o cümlədən Sizin bu yaxınlarda Gürcüstana etdiyiniz səfər xalqlarımızın qarşılıqlı mənafeyi naminə uğurlu nailiyyətlərlə nəticələnəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü davamlı dəstəklədiyiniz üçün bir daha minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin. Sizə xoşbəxtlik, möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı və tərəqqisi naminə göstərdiyiniz bütün mühüm səylərinizdə böyük uğurlar arzu edirəm.

Hörmətlə,

Giorgi Marqvelaşvili

Gürcüstanın Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55