Moldova Respublikasının Prezidenti Nikolaye Timoftidən

24 dekabr 2015, 13:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Doğum gününüz münasibətilə ən xoş arzularımı və ən səmimi təbriklərimi Sizə ünvanlamaq məndə xüsusi məmnunluq hissi doğurur.

Bu gözəl fürsətdən istifadə edərək əminliyimi bildirmək istəyirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı etimada və anlaşmaya əsaslanan mövcud ənənəvi münasibətlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da dərinləşməsinə və genişlənməsinə kömək edəcək.

Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm. Zati-aliləri, Sizə olan böyük ehtiramıma əmin olmağınızı xahiş edirəm.

Hörmətlə,

Nikolaye Timofti

Moldova Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55