Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb

22 dekabr 2015, 13:55
Azərbaycan-Əfqanıstan sənədləri imzalanıb

Geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Məhəmməd Əşrəf Qaninin iştirakı ilə Azərbaycan-Əfqanıstan sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Əmək, Sosial İşlər, Şəhid və Əlillər Nazirliyi arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Əfqanıstanın xarici işlər naziri Salahuddin Rabbani imzaladılar.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Əfqanıstanın Milli Radio və Televiziyası arasında əməkdaşlığa dair Saziş”i “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov, Əfqanıstanın Milli Radio və Televiziyası adından Sultan Əhməd Bahin imzaladılar.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55