Qətər Dövlətinin Əmirinin müavini Abdullah bin Həməd Al Tanidən

09 dekabr 2015, 17:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident,

Azərbaycanın bir qrup dəniz neftçisinə üz vermiş faciəli hadisə barədə xəbər məni dərindən kədərləndirdi.

Bu qəza nəticəsində həlak olanlar ilə əlaqədar Zati-alinizə, həyatlarını itirən insanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Həlak olan insanlara Allahdan rəhmət diləyir, xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm.

Hörmətlə,

Abdullah bin Həməd Al Tani

Qətər Dövlətinin Əmirinin müavini

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55